Kultpress.com » şeir

Ayxan Kiçikbəy – 3 şeir
TRAGİKOMEDİYA

Dostum!

Gəl, gülək

gecələri evlərinin bir küncündə

kirimişcə ağlayan bığlı kişilərə,

asfalt yollara baxıb əsgər oğlunu

gözləyən gözü yaşlı analara

Dostum!

Gəl, gülək

ata-anasını itirən,

gecələrini qəbirstanlıqda

keçirən uşaqlara

Dostum!

Baxaq həyata, dişlərimizi ağardaq

Gəl, gülək

həmişə sevirəm deyib

sevgisini pula satan gözəl qızlara

Gəl, gülək

“bu da gələr, bu da keçər, ağlama”

deyən ümidli insanlara

Dostum!

Mən tozlu-torpaqlı,

Sən islanmış yolların yolçusu

Gəl, gülək ikimizə

sevərkən ölən sənə

və doğarkən ölən mənə

Sonra qollarını sar boynuma,

mən də sənə sarılım

Xeyli beləcə ağlayaq,

göz yaşlarımız da qarışsın bir-birinə

Dostum! Qoy, baxanlar doyunca gülsünlər

həyatın ağlamalı səhnələrinə

19.01.10

KƏNDİMİZƏ SONATA

Yeddi təpənin arxasından gəlirəm

Orda bir araba, bir qoca vardı

Arıq atının nal izləri

Bir də yorğun yerişləri

Hopmuşdu torpağın islaq üzünə

Yeddi təpənin arxasından gəlirəm

Yaddaşımdan silinmiş evin xatirələrindən

Babamın qeyb olmuş əllərinin istisindən

Nənəmin divardakı şəklinin lal baxışından

Yamacları yaddaşımda qalacaqdı

Ləpirlərim torpaqda

Bu yol dartıb məni bura gətirməsəydi

Hər şey yadımdadı, hər şey

Yeddi təpənin arxasında

Günəşin bir ayrı cür doğması

Ağacların insanlara gülümsəməsi

26.01.10

KEÇƏN GÜNLƏR

Atama

Bir film kimi, bir serial kimi

Uzunmuş ömrün günləri

Çiynimə almışam günləri, ayları

Bir sevda qalmışdır uzaqlarda

On səkkiz yaşında

Yağışın içində islanan günlər

O axan çaylar,

Açılıb, solub yox olan günlər

Hardasa qatarla yüyürür yenə

Bir günəş hardasa gülümsəyir kimsəyə

Bir uşaq dayanıb pəncərə önündə

Bir film kimi, bir serial kimi

Sonu yaxşılıqlarla bitən nağıllar kimi

Düşmür göydən üç alma

Bir qoca keçir səkiylə

Gözləri ilə öpür keçən günləri

27.01.10

(c) Ayxan Kiçikbəy

II Qismət – Olmamalıydı
Bu  qədər  asan  olmamalıydı  hər  şey…

Tanışlardan telefon  nömrəni  götürmək,

əlini tutmaq, evə  ötürmək

əvvəl  dodaqlarına

sonra  xətrinə  dəymək

bu  qədər  asan  olmamalıydı…

ikimiz  də  istədiyimizə  çatan  kimi tükəndik .

ikimiz  də  olduğumuzdan

artıq  olduq görünür.

Bu  qədər  asan  olmamalıydı…

Nəyisə,  nələrisə yarım  saxlamalı,

tam  paylaşmamalı,

tam  bölüşməməliydik…

Az zəngləşməli,

mesajların  sayını azaltmalı

və  bəlkə  də heç  öpüşməməliydik…

bizə  aid  olan  hər  dərdi

özümüz

ancaq  özümüz çəkməliydik.

Yersiz  incimələrin  ,

küsmələrin  arasına gülüş  tökməliydik.

Bu  qədər  asan  olmamalıydı…

Binaları,  maşınları,  küçələri

telefonda  səhəri açdığımız  gecələri

unutmaq,

şəkillərini silmək,

sonra  adını  telefondan  pozmaq

və  bu  gecə

bu  şeiri belə birnəfəsə  yazmaq

asan  olmamalıydı.

MƏNİ  BAĞIŞLAMA !

(c) II Qismət

Nahid-Bağışla məni
verilmiş sözlərini, arzularını

xatırlayıram bu sevginin

səni atan evindən “xoşbəxt ol”

sözləri ilə çıxardığım günü.

balaca maşın alacaqdım sənə

bağışla, amma

hərdən düşünürəm ki buna görə “hə” demişdin mənə.

baxçasında güllər açan evimiz olacaqdı demişdim,

gəzəcəkdik yayları doya-doya

bayramları yoka tək bəziyəcəkdi səni

qızılla, gümüşlə

öpəcəkdim səni hər işdən gələndə

şirin gülüşlə

dünyanın yox, evimin xoşbəxdi edəcəkdim səni

bağışla məni…

bilirəm, yorulmusan kirayə ev işlərindən,

deyingən qonşuların əlindən

vədlərimin heç birini bəxş etmədim sənə

bilirəm, dodağının altında hərdən lənət oxuyursan mənə,

mənə gəldiyin günə.

nə ev aldım, nə maşın, nə də

gülər üzlə qayıtdım kirayəli evimə

bacardığım tək şey oldu

o da heç vaxt xəyanət etmədim sənə.

(c) Nahid