Kultpress.com

Ən gözəl lazımsız şəkil
– Diqqətlə baxın, xahiş edirəm… Baxın, oğlandı… XXI əsrdə cavan oğlan, məktəbli… İlk olaraq ayaqqabısına fikir verin- qara, sadə…. Hələ şalvarı- heç kimin ağlına gəlməz… 2007-ci il, qara trapez şalvar və qara ayaqqabı-uzunburun… Baxın- baxın…. Hələ köynəyi- ağ rəngdə…

– Yanındakı?

– Ağacı deyirsiniz?

– Yox əşşi… Qızı deyirəm…

– Bilirəm, ilk baxışda hamının diqqətini elə o çəkir… Əsas da o manyak baxışları.. Amma siz bir ağaca baxın: İlahi, çinar ağacı… Yuxarısı çəhrayı, aşağısı ağ gövdə- əhənglə ağardılmış… Necə də incə bir sənət nümunəsidir… Hələ yarpaqlar- yamyaşıl… Diqqətlə baxın, heç bu kiminsə ağlına gələrdi? Yamyaşıl yarpaqlar..

– Əşşşi…

– Səbr, səbr… Hələ buna baxın… Arxa planda ağappaq “07”… Qapqara qaraldılmış təkərlərlə… Hələ oturacaqları- ağ plastikdən… Bəli- bəli plastik… Qaqaş özü qoydurub… Kafedəki stullardan… Dəri oturacaqları çıxartdırıb, mırta, plastik oturacaqlar qoydurub maşına… Hələ onların ortasındakı bəzək- qapqara…. Hələ qabaq işıqları- qapqara… Diqqətlə baxın: işıq, amma qapqara…

– A kişi….

– Bir az səbr et. əzizim. Bax, sən Allahın, oğlanın qaşlarına bax…

– Nə dəxli var?

– Bax da, qara ayaqqabı, qara şalvar, ağ köynək və kimin ağlına gələrdi: qapqara şəvə kimi can alan gözlər və qaşlar… Buna deyərəm “stilni”… Hələ qıza baxın…. Yox, buludlar yaddan çıxdı- ağappaq… Təsəvvür edirsiz də- ağappaq buludlar… Möcüzədi….

– A kişi….

– Əşşi tələsmə görüm… Qıza bax: qara ayaqqabı- heç kimin ağlına belə gəlməz, ağ corablar, ağ və qara damalı yupka, ağ kofta… İnanın mən bu fotonun qalib olacağına inanıram….

– Mən isə inanmıram ki, bu heç axırıncı yeri tutacaq…

– Əşşi nə danışırsan… Sən hələ qızın gözlərinə fikir vermisən?

– Nədi ki?

– Bax da… Qara yupka, qara ayaqqabı, ağ köynək, 2007-ci il və qızın qıpqırmızı gözləri…

– Bu nədi belə, bunun niyə gözləri qızarıb?

– Əşşi aparatın qırmızısı düşüb gözlərinə. Təsadüf və buyrun, əsl incəsənət əsəri- evrika… Manyakdı ee, qız deyil..Qaniçəndi, qaniçən… Onun baxışlarına bax-Fotoqrafı dirigözlü yeyir…

– Siz məzələnirsiz?

– Nə danışırsan? Bu foto mənim şah əsərimdi. Hələ bir bura baxın, onlar harada durublar?

– Cibimdə… Mən nə bilim bura haradır….

– Yox, yox… Məkanın fərqi yoxdur. Fikir verin, deməli qara və ağ rəngli geyimlərdən ibarət bu görüntü, 2007-ci il, amma harada? Boz asfaltda…. Doğrudanmı ironiyanı hiss etmirsiz?

– Yox…

– Ə bir dayan görüm ey… Bura bax əzizim… Bax… Heç əsas məsələdən xəbərin yoxdu ki… Səni kim oturdub ee bu münsiflərin yerində… Sənin heç başın çıxmır ki şəkildən…

– Necə bəyəm?

– Ə bura bax. Çınarın altı. Niyə? İstidi. Düzdü? Maşının da şüşələri enib. İstidi. Asvaltdan dəm qalxır. Düzdü?

– Noolsun?

– Oğlanın burnunda təri görürsən?

– Tutaq ki görürəm…

– Incəlikdi… İncə işdi… İncəsənət əsəridi…. Hələ Günəş…

– Doğurdan aa, hanı günəş?

– Görürsüz, yoxdu!… Halbuki onlar kölgədə durublar, halbuki oğlan tərləyib… Halbuki…

– Əşşi, günəş hanı? -kişi əməlli başlı hirsləndi, — Günəşi göstər mənə!

– Görürsən, əla əsərdi…. Günəş yoxdu…. Günəşi fotoşopla götürmüşəm… Hər tərəf işıqlıdı, dəhşət istidi… Nəfəs almaq olmur… Göydən və insanların sifətindən zəhrimar yağır…. Amma günəş yoxdu… İncəlikdi ee bu… Xüsusən də günəşin yoxluğu… İncəliyi hiss edirsiniz?

– Yox, mən bunu müsabiqəyə buraxa bilmərəm… Qondarmadı…

– İncəsənət əsəridi….

– Siz axı hansı ağılla günəşi götürmüsüz?…. Kim icazə verib sizə ki, insanları günəşdən məhrum edirsiniz?

– Sən deyəsən heç nə başa düşmürsən… ”İroniya sudbı” da, yəni talenin, fələyin zarafatı, istehzası, yumoru, daha könlüm sənə desin, mırtı, məzəsi… Yəni təbiətin şıltaqlıqları…

– Məmməd…- münsif kimisə çağırdı.

Otağa balacaboy, amma kötük kimi biri girdi.

– Bəli Səid müəllim…

– Rədd eləyin bu dəlini burdan….

Səid müəllim ayağa durdu. Pultdan kondisioneri söndürdü. Pəncərəni açıb pərdəni araladı. Başı partlayırdı…

– İt oğlu it…. Başım partladı ki…

Əlini gözünün üstünə tutdu ki, günəşin gözyandıran şüalarından gözlərini qorusun. Diqqətlə aşağıda, əlində şəkil, başını yellədə- yellədə gedən bayaqkı fotoqrafa baxdı. Bərkdən dilləndi:

– Axmaq oğlu, axmaq…

Qapı açıldı və bayaqkı “kötük” yenə içəri girdi:

– Səid məllim, məni çağırmışdız?

Başını yellədi. Əlinin biri qaşlarının üstündə, günəşin altında od tutub yanan küçəyə baxırdı ki, o parlaq işıqların altında- günəşin altında bir yağış başladı ki, gəl görəsən. Tut ucundan, dırmaş yuxarı. Gözlərinə inana bilmirdi. İlk dəfə idi belə bir şeylə qarşılaşırdı: eyni zamanda həm yağış yağır- özü də necə, həm də günəş gözlərini qamaşdıracaq dərəcədə işıq saçırdı.

Ağzı açıq qalmışdı.

“İroniya sudbı” düşdü yadına…

– Məmməd…

– Bəli Səid müəllim…

– Qaytarın onu- əli ilə aşağada, yağışın altında və eyni zamanda günəşin altında qaça- qaça döngəni dönən fotoqrafı göstərdi…– Tez eləyin…

Fotoqraf qapıdan içəri girdi və maraqla Səid müəllimə baxdı. Səid müəllim birdən danışmağa başladı:

– Mən o şəklin mənasını indi başa düşdüm… Gözəl şəkildi. Cavan oğlan, cavan qız, məktəbli forması, hələ ağac, İlahi, mən hələ belə ağac görməmişəm… Hələ boz asvalt, qızın gözlərində qırmızı, oğlanın qara qaşları və talenin, necə dediz onu? İroniya, talenin ironiyası, gülüşü, yəni bütün bunların üstündə bir Günəşin yoxluğu, sanki xeyir- duanın yoxluğu.. Doğrudan gözəl şəkildi…. Hələ buludlar, ağappaq- yəni gələcəyə ümid, ağappaq, işıqlı ümid… Ağ “07”- sanki bir uçan xalça, arzular, xəyallar… Hələ siz bir şeyi unutmuşduz…

Fotoqraf susub gözlərini döyür.

– Bilirsiz nəyi? Oğlanın qızın əlindən tutmağını, yəni qətiyyət, məqsəd, hələ rəngli şəkildə ağ və qara rənglərin qarışığı- həyatın iki üzü, şahmatın damaları… Bir sözlə, ideal şəkildi… Mən hələ fikir verdim- oğlanın köynəyinin düymələrindən biri qırılmışdı, ona göyə yaxası açıqdı- yəni bir tələskənlik var sanki oğlanda… Bunu sözlə ifadə eləmək mümkün deyil, bunu hiss eləmək lazımdır… Hələ sizin qeyt etdiyiniz o incəlik: oğlanın burnunun üstünün tərləməyi… Yox, qardaş, mən səhv eləmişəm, bu şəkil birinci olacaq… Ən azından ona görə ki, şəkildə təsvir olunanları hamı yaşayıb- məktəb illəri, ilk sevgi, son zəng… Sən dahisən… Sənin xətrinə dəydim bayaq..

Səid müəllim yaxınlaşıb onu qucaqlayır, bir az da kövrəlib. Fotoqraf isə key kimi əlləri yanında dayanıb.

– Xətrinə dəyməsin… Bayaqdan min dənə şəkilə baxmışdım, hamısı da gic-gic şeylər. Yorulmuşdum… Şəklin gözəlliyi mənə çatmırdı… Hələ o maşındakı plastik stullar- adi çayxana stulları, yəni qondarmalıq, geydirməlik və onunla yanaşı original, dəyişilməz, ölməz təbiət, həmişəki kimi, əbədi təbiət… Dəhşət şəkildi o… Ay Məmməd…

– Bəli Səid müəllim…- “kötük” yenə içəri girir.

– Nəhayət, ay Məmməd, nəhayət axtardığımı tapdım…. Bax budu- fotoqrafın əllərinə baxır- şəkili göstər ona…

Fotoqraf susur. Məzlum- məzlum Səid müəllimin sifətinə baxır.

Səid müəllim iki saniyə susur və birdən qışqırır:

– Şəkli göstər, hanı şəkil?

– Cırdım…- fotoqraf sakitcə dilləndi- hirsləndim və cırdım,- bir az da gülümsəyir- demişdim axı, talenin, zamanın məzəsi, mırtı…

Səid müəllim bir anlıq duruxur. Sonra asta-asta kreslosuna çökür. Fotoqrafa baxır, Məmmədə baxır, sonra kabinetinin divarlarına vurulmuş şəkillərə. Yavaşca əlini yellədərək onları otaqdan çıxardır. Yenə pəncərənin qabağına keçir.

– Axmaq oğlu axmaq…- yenə də fotoqrafın başını yellədə- yellədə getməyinə baxıb pıçıldadı.

– Səid müəllim, məni çağırmışdız?- yenə “kötük” girir içəri.

– Yox, əzizim… Bu günlük azadsan…- əlini havada yellədir.

“Kötük” otaqdan çıxır.

Yenə yağış yağır. Ancaq artıq günəş yoxdu. Sadəcə yağışlı havadı.

Artıq talenin məzəsi də yoxdu. Və elə bil ki, heç nə olmayıb. Şəkil də yoxdu artıq- talenin məzəsinin guya ki, göstəricisi olan şəkil. Şəkil elə özü talenin məzəsinin qurbanı oldu. Heç əslində gözəl də deyildi o rəngli dünyanın ağ-qara şəkli…

Kimə lazım idi axı? Ay nə bilim qızın manyak gözləri, oğlanın qırılmış düyməsi, ya da onların başı üstündə olmayan Günəş! Kiməsə lazımdı bu?

Heç kimə….

Bəs onda kişini təzədən niyə çağırtdırmışdı? Bu Səid müəllimin özünə də çatmırdı.Ya da ki, o özü də, fotoda və ya həyatda Günəşin insanlara lazım olub- olmadığını bilmirdi…

(c) Zərdüşt Şəfizadə

Dünənki gecə
Dünən əhvalım çox yaxşı idi.

Çünki sən mənimlə idin.

Heç deyəsən söhbət də etməmişdik.

Amma soyunmağımız yadımdadır.

Öpüşməyimiz də yadımdadır.

Bilmirəm sekslə məşqul olmağa necə başladıq…

Bilirəm sən gəlmişdin mənim yanıma.

Amma nədənsə danışmadıq o gecə.

Ikimiz də bir nöqtəyə zilləmişdik gözümüzü.

Hərdən bir-birimizə baxırdıq.

Amma necə başlayacağımızı bilmirdik.

Sen gəlməmişdən ehtiraslı bir filmə baxmışdım.

Özümdə deyildim həmin gecə.

Siqaretimnən təklif etdim sənə.

Nədənsə sən də siqaretdən çəkdin.

Və başladıq.

Sen başını mənim çiynimə qoydun.

Mən tellərini oxşamağa başladım.

Sonra da səni öpməyə başladım.

Sensə sakitcə qalmışdın.

Paltarının birinci düyməsini güclə açdın.

Taqətsiz olduğundan bunu mən davam etdirdim.

Bu gecəni bir yerdə keçirdik.

Hislərimizin coşması bizi birləşdirmişdi…

…İndi səni qorxmadan gəldiyin həmin yoldan geriyə yola salıram.

Ağlamaqdan elə saralmışdın ki, men də nə edəcəyimi bilmirdim.

Yolboyu ağlayırdın.

Amma yenə danışmırdıq.

Üç ay keçdi həmin gündən.

Mən sizə zəng etdiyimdə intihar etdiyini öyrəndim.

Heç körpəmizi də düşünməmişdin.

Bu gecə də səni gözləyirəm.

Amma bu gecə o gecə deyil.

Həm də sən yoxsan yanımda…

(c) Elmin Bədəlov

Azərbaycanlı oxucu
Sovet dövrünü yaşamış ahıl yaşlı insanlar indiki gənc nəslin kitab oxumamasını qınayırlar. Onlar deyirlər ki, Sovet dövründə bu belə deyildi. Gənclər yeni kitab çıxan kimi çalışırdılar ki, onu bir təhər əldə etsilər. Kitab mağazalarının qabağı insan sürüsü ilə dolu olurdu. Elə vaxtlar olurdu ki, kitab qurtarırdı, gənclər dost-tanışlarından onu oxumağa alırdılar. Yəni maraq onları üstələyirdi. Daha boş-boş küçələrdə veyillənmir, ağıllı işlərlə məşğul olurdular.

Bəli, bu yuxarıdakı sözləri Sovet dönəmini yaşamış qocalar deyirdi. Bu sözləri mən onlardan dinləyəndə bir az heyfslənərdim.Deyərdim, kaş indiki gənclər də bu qocaların dedikləri kimi olardılar.Lakin araşdırıb Sovet dönəmindəki Azərbaycan oxucularının sayını öyrənəndə daha bir təəssüf hissi keçirdim. Sən demə Azərbaycan Sovet vaxtında da oxucusunun sayına görə hətta Tacikistandan belə geridə qalırmış. Bu xəbər nədənsə adamda acı təbəssüm yaradır. Düşünürsən ki, Sovet vaxtında yaşamış qocaların pəhpəhlə danışdıqları gənclər onlarla iç-içə yaşadıqlarından bu cavanlar haqqında həmin insanlarda müsbət rəy formalaşdırır. Və yenə fikirləşsən ki, onların sayı on-on beş idi, öz-özünə deyirsən ki, elə indi də elədi də. Elə indinin qocaları da yaxınlıqlarındakı cavanların beş-altısının kitab oxuduqlarını görüb Azərbaycanın gənclərinin indiki vəziyyətinin əla olduğunu dilə gətirirlər. Çox heyif ki, belə deyil.

Mənim yanaşmam tamam fərqlidir.

Rus yazıçısı Limonovun indi yadımda olmayan bir hekayəsində maraqlı bir fikir var idi. Orda yazıçı öz həmpeşə dostlarına deyir ki, biz yazıçıların ən yaralı yeri içkiyə düşkün olmağımızdır. Gözəl fikirdir, elə deyilmi?

Limonov yazıçılar barədə belə bir fikir yürütmüşdü. Bəs oxucunun ən yaralı yeri nədir? Mən deyə bilərəm. Ciddi əsərləri oxumamaq. Misallar üzərində dediklərimi bir az da aydınlaşdırmaq istərdim.

Məsələn, bir oxucu Dostoyevskinin “Cinayət və Cəza”sını oxumaqdansa Rəşad Nuri Güntəkinin “Yaprak dökümü” romanını oxumağı daha uyğun bilir. Ya da “Yaprak dökümü” kino-serialını alıb baxmağı ondan da üstün tutur. Səbəbini açıqlayaq. Çünki Azərbaycanlı oxucu düşünür ki, Dostoyevsiyə ayıracağı vaxtı, daha doğrusu onun əsərini başa düşməyə-düşməyə oxuyacağına elə çox sadə və kütlə üçün yazılmış “Yaprak dökümü”nü oxuması daha faydalıdır. Deyəcəksiniz ki, “Yaprak dökümü” romanını kitabdan oxumayanlar nəyə görə onun kino-serial variantına baxmağa girişirlər. Bunu da açıqlamağa hazıram. Çünki oxuyarkən insan yorulur, gözlərinin altı tuluqlanır, hadisələri kitabdan oxuyarkən darıxır, hövsələsi çatmır. Amma seriala baxanda rahat olur. Ona görə ki, əziyyət çəkmir. Bax, belə…

Deyə bilərsinizmi, indi oxucu var?

Hamınız deyəcəksiniz ki, hə, hə var. Bəli, tutaq ki, var. Çingiz Abdullayevin “Bir ümman nifrət” detektiv romanını şor gözlüklə oxuyan yüzlərlə oxucu var. Amma siz bunlara oxucu deyirsinizsə yanılırsınız. Detektiv roman oxuyan oxucu seriala baxan bir məişət qadını səviyyəsindədir. Yəni, bunların arasında heç bir fərq yoxdur. Əksinə oxşarlıqları çoxdur.

İndiki oxuculara gələndə. Belə desək indi, bu saat sırf oxucu deyilən bir şey yağlı əppək kimi bir şeydi. O yağlı əppək də göylərə çəkilib. Onu tapıb içəriyə ötürmək isə…

Sırf oxucu—qulağa necə də xoş gəlir, elə deyilmi? Amma xülya, xəyal olmasaydı. Bağışlayın, belə aqresiv olmamalıydım. Lakin vəziyyət bunu tələb edir. Yaxşı, yaxşı sizi rahatlandırmaq istəyirəm. Oxucu var. Bəli, bəli var. Sevindiz? Hə, görürəm biriniz artıq köks ötürür. Amma sevinməyə tələsməyin. Çünki bu oxucuların hamısı qələm əhlidir. Və yaxud əlinə qələm alıb nəsə cızma-qaralayan “yazarlar”. Düşünürəm ki, yazan oxucu sırf oxucudan qat-qat ziyanlıdır. Niyə? Niyəsini də mən açıqlayım? Yaxşı, mən açıqlayaram. Ona görə ki, bu “yazarlar” bir-iki kitab oxumaqla və yaxud bir-iki şeir, hekayə qaralamaqla ədəbiyyat gündəminin başına qonublar. Və özlərini dünyanın ən şedevr yazıçılarından sayırlar. İçlərinin boş olduqlarından xəbərləri olmayan bu “yazarlar” güzgüdə özünə baxıb məst olan qadınlar kimi bir-birilərini tərifləməklə özlərini başa çıxartmağın ustasıdırlar. Qrafaman, bir sözlə qrafaman.

Nə isə, oxuculardan yazacağıma “yazar” oxucuları bir az “təriflədim”. Üzr istəyirəm. Bəli, oxucu ciddi problemdir. Qəbul edirəm. Amma yuxarıda yazdığım və bir az da “təriflədiyim” “yazar” oxuculardan bir xahişim var. Yaza bilmıyəcəyinizi anlayın və özünüzü biabır eləməyin. Gedin Markesi, Selinceri, Dostoyevskini, Bulqakovu, Fransuza Saqanı, Yaşar Kamalı, İsi Məlikzadəni, İsa Hüsyenovu, Axundovu, Mirzə Cəlili, Sabiri, nə bilim kimləri-kimləri oxuyun, amma bu oxumayan oxuculardan əl çəkin.

(c) Ayxan Kiçikbəy

Chat evimizi yıxacaq…
Azərbaycan-Odlar yurdu. Sən bir sözdəki mənaya bax. Əcəb işdi VALLAH.

Son illərdə Azərbaycanda boşanma halları narahatlıq doğuracaq dərəcədə çoxalıb. Bunu Sovetlər dönəmində baş vermiş boşanma halları ilə müqayisə etsək onda görərik ki,səbəblər tamam başqadır. Hal-hazırki boşanma hallarının bəzi səbəbləri də internet saytlarında olan chat boşboğazlığıdır. Nəyin ki, boşanma halları, cinayət işlərinin də bəzi səbəbləri chatdakı təhqiramiz ifadələrdir.

Nə isə… Sözüm onda deyil. Sözüm ondadır ki, chat çıxardanın ALLAH evini başına yıxsın. Axı, niyə yıxsın? Chatı yaradan,axı,hardan biləydi ki, bizimkilər onu vəhşi kimi mənimsəyəcək? Məncə, indi söhbət açacağım problem təkcə bizdə deyil. Başqa ölkələrdə də var. Chat-sözünün mənası məncə söhbət deməkdir. Özü də boş-boşuna söhbət. Sonra da deyirlər ki, indiki gənclər niyə kitab oxumurlar? Ay, qardaş caht olan yerdə kitab nəyə lazımdı? Bəs oğlanlar kimnən və ya hansı başıboş qıznan günlərini keçirsinlər? Sizdə ki, kefdən danışırsız VALLAH. Kitab oxumaqdansa gedib qıznan tanış olarlar da. Yada ki, qızlar evi yığışdırmaqdansa gedib hansısa bir təlxəyin biriynən görüşüb hələ üstəlik kef də çəkərlər. Ay, dünya, biz hara yuvarlanırıq? Təkcə söhbət eləsər dərd yarıdı. VALLAH dilim də gəlmir deməyə amma dilimə hakim ola bilməyəcəm. Hansısa gədənin biri (doğru sözümdü) gedib çatdakı qızı sevib evlənəndə belə yaşamağın içinə tüpürməyəsən neyləsən? Ay, qeyrətli qaqaş, sənin xanımın təkcə səninlə yox, sənin kimi neçə dənə boşboğazlarla kefini də çəkib, hələ üstəlik…Danışdıqca qurtarmır ki, qurtarmır. Nə isə… Nə qədər ki,chat var olacaq bir o qədər də biz dünya mədəniyyətinin yeniliklərindən kənar qalacağıq. ALLAHın bizə yazığı gəlsin. ALLAH sənə rəhmət eləsin Lenin. Sən yaxşı demisən: “Oxumaq,oxumaq, yenə də oxumaq.” Onu unutmayın ki, biz TÜRKÜK və bizim türk qeyrətimiz var. Gəlin,özümüzə qayıdaq.

(c) Orxan Zaman

Musa Əfəndi – Yuxu və Hekayə
[yuxu]

Yuxumu suya danışdım,

Dedim hər sözümü…

Sonra bir daş atdım,

Titrətdim suyun üzünü…

Gözlərin kimi

Elə bil, çox qorxdu su,

Görəsən gördü kimi?

Axı yox idi yuxumun

Heç bir qorxusu…

[hekayə]

Bu kiçik bir oğlanın hekayəsidi…

Ekvatordan aşağıda, cənub yarımkürəsində

Hardasa afrikanın aclıq qoxan bir ölkəsində

Yerin cazibəsini hələ başa düşməyən

Qarın nə olduğunu bilməyən, soyuqda büzüşməyən

Aclıqdan havada asılı qalan

Zəif məktəblinin verdiyi sual indi də yadımdadı:

“Cənubdayıqsa niyə hər şeyə tərsinə baxmırıq?

…niyə, yuxarı düşmürük, aşağı qalxmırıq?”

(c) Musa Əfəndi

Ayxan Kiçikbəy – 3 şeir
TRAGİKOMEDİYA

Dostum!

Gəl, gülək

gecələri evlərinin bir küncündə

kirimişcə ağlayan bığlı kişilərə,

asfalt yollara baxıb əsgər oğlunu

gözləyən gözü yaşlı analara

Dostum!

Gəl, gülək

ata-anasını itirən,

gecələrini qəbirstanlıqda

keçirən uşaqlara

Dostum!

Baxaq həyata, dişlərimizi ağardaq

Gəl, gülək

həmişə sevirəm deyib

sevgisini pula satan gözəl qızlara

Gəl, gülək

“bu da gələr, bu da keçər, ağlama”

deyən ümidli insanlara

Dostum!

Mən tozlu-torpaqlı,

Sən islanmış yolların yolçusu

Gəl, gülək ikimizə

sevərkən ölən sənə

və doğarkən ölən mənə

Sonra qollarını sar boynuma,

mən də sənə sarılım

Xeyli beləcə ağlayaq,

göz yaşlarımız da qarışsın bir-birinə

Dostum! Qoy, baxanlar doyunca gülsünlər

həyatın ağlamalı səhnələrinə

19.01.10

KƏNDİMİZƏ SONATA

Yeddi təpənin arxasından gəlirəm

Orda bir araba, bir qoca vardı

Arıq atının nal izləri

Bir də yorğun yerişləri

Hopmuşdu torpağın islaq üzünə

Yeddi təpənin arxasından gəlirəm

Yaddaşımdan silinmiş evin xatirələrindən

Babamın qeyb olmuş əllərinin istisindən

Nənəmin divardakı şəklinin lal baxışından

Yamacları yaddaşımda qalacaqdı

Ləpirlərim torpaqda

Bu yol dartıb məni bura gətirməsəydi

Hər şey yadımdadı, hər şey

Yeddi təpənin arxasında

Günəşin bir ayrı cür doğması

Ağacların insanlara gülümsəməsi

26.01.10

KEÇƏN GÜNLƏR

Atama

Bir film kimi, bir serial kimi

Uzunmuş ömrün günləri

Çiynimə almışam günləri, ayları

Bir sevda qalmışdır uzaqlarda

On səkkiz yaşında

Yağışın içində islanan günlər

O axan çaylar,

Açılıb, solub yox olan günlər

Hardasa qatarla yüyürür yenə

Bir günəş hardasa gülümsəyir kimsəyə

Bir uşaq dayanıb pəncərə önündə

Bir film kimi, bir serial kimi

Sonu yaxşılıqlarla bitən nağıllar kimi

Düşmür göydən üç alma

Bir qoca keçir səkiylə

Gözləri ilə öpür keçən günləri

27.01.10

(c) Ayxan Kiçikbəy

Oyanıqlıq
Evdən bayıra çıxmıram amma gəzmədiyim yer qalmayıb. Əgər desən ki, necə olar bu? Deəyəcm bilsəydim əgər bu sətirləri yazmazdım.

Bir sürü qərar verdim həyatımın qalanını tənzimləmək üçün verdiyim qərarlardan ilki evdən bayıra çıxmamaqdı amma digər qərarların hamısı çöldə görülməli idi.Yəqin ki, daxilimdə referendum keçirib dəyişiklik edəcəm.

Otağım çox doğmadı ordan çıxmıram yazılar yazıram 1 nəfərlik sonra cox nəfərlik tamaşalar düzəldirəm rejisoruda ssenarisidə mənimdi aktyorda , tamaşaçılarda özüməm bunların hamsını özüm edirəm öz qərarlarımla.Amma sonra çox kədərlənirəm həyatımda da hər şeyi özüm edə bilsəydim… Sonra yatanda xadimə otağımı yığışdırarkən yazılarımıda atır fikirləşirəm ki, həyatımıda özüm qursaydım mənidə atardılar.

Hamıdan eşitdiyim bir söz var çox tez-tez eşidirəm bu sözü qorxu, hıçqırığın dərmanı olduğunu bildiyimdən bəri bütün yolları sınadım hıçqırığım tutmadı əvəzində bədənim hava ilə doldu üsündən su içdim necədə 4 ünsürü bədənimdə tamamlamaq istərdim torpağı yemək nə isə odu yeyə bilmirəm.Bəlkə bir gün hıçqırığım tutar onda özümü bir qorxudacam ki…

Artıq otaqdan çıxdım fit çala-çala gedirəm. Heç tanımadığım bir yolda içim çox rahatdı niyəsinidə bilmirəm yəqin yol yuvarlaqdı ona görə. Yolun ən səssiz yerində qarşıma oğrular çıxdı. Məni bütün soydular. Onlara sual verdim yolun o birisi tərfində də oğrular var idimi? Deyəsən yazığı gəldi paltarlarımı qaytardı sualıma cavab da verdi. Yolun hər iki tərəfinə pusqu qurublarmış, hansı tərəfdən adam gəlsə soyacaqlarmış haqlı olduğumu anladıqdan sonra yola davam etdim .

Gəzə gəzə bir anlıq dəniz kənarına gəlib çıxdım rəngli binalar var idi bütün sahil boyu. Kölgələr düşürdü torpağa binalardan daha böyük kölgələr amma onların üstündən keçirdim nədənsə kölgələrə baxmaqdan işığı unutdum. Binalar əlçatmaz görsənirdi anladım ki, kiminsə kölgəsi olub böyük görsənmək boş şeydi.Yoluma davam edirəm dənizin ləpələrinin sahili tutduğu yerdə uşaqlar uçurtma uçurdurlar.Görəsən nə fikirləşirlər yəqin onlar kimi uçmaq… insanın uçmaq istəyinin məhlulu idi bu yelpələklər. Məndə uçmaq istəyirdim hərdən pəncərəmin qabağına qonan quşlara baxardım onlar kimi olmaq istəyərdim amma qanadlarım yoxdur. İndi yolda düşünürəm əslində mənim quşlardan fərqim yoxdur nə vaxtsa qəfəsdən çıxsaydım yəqin ki, məndə uçardım.

Bu düşüncələrlə irəliləyərkən qarşımda duran itdən xəbərim yox idi. Düz gözümün içinə baxırdı.Dili ağzından çıxır sonra ağzına geri qayıdırdı bir neçə müddət buna baxdım fikrim başqa yerlərə getdi. Amma sonra düzəldi. İtdən mənmi qorxuram yoxsa it məndən kaş indi hıçqırğım gələrdi yəqin qorxunun dərmanıda odur. Bir kitabda oxumuşdum ən saldırqan olanlar qorxaqlardı demək it mənə hücum edəcəkdi elədə oldu.Üstümə atıldı. Yaşamla ölüm arasında mübarizə aparırdım mənə elə gəldiki saatlarca itlə döyüşdüm.Nəhayət it cıxıb getdi ağacın dibində oturmuşdum halsız və huşsuz .Bir kölgə görsənirdi.səsi tanış gəlirdi üzüdə.Mənə nəsə deyirdi amma başa düşmürdüm bircə təcili yardım sözünü eşitdim. Adamın səsi insan səsinə bənzəyirdi üzüdə insan üzü idi Onun bu binada yaşayan insanlardan fərqi yox idi.Ömrü boyu oxumuş, həyatı kimlərsə tərəfindən idarə olunan , yaxşı yerdə işləyən uşağına hər şey ala bilən ata…Onun həyatında başqa heç nə yox idi qan içində bir adama kömək etdiyini uzun müddət danışacaqdı.İllərdən bəri həyatında ilk dəfə maraqlı bir şey olmuşdu. Yəqin itlə mən bu adam üçün döyüşürdük ki, ən azından itdən fərqli olduğunu anlasın.

Gözlərim yumulur deyəsən öləcəm…

(c) Saleh Mehdizadə

Orxan Zaman – Şeirlər
Misal həlli

Riyaziyyat müəllimlərinə

Sevgi +sevgi,

Mən + sən boyda

Kədər,

Kədər + Yeni il sevinci…

= həsrət

Həsrət- həsrət

= day bundan o tərəfəsi yoxdur…

Səni istəyirəm…

Hər dəfə…

Xəyal olub

Gözlərimin önündə dayananda

Səni istəyirəm…

Hər dəfə…

Əlçatmaz yuxulardan oyananda

Qaranlıqdan qorxan körpələr kimi

Ağlayıram…

Onlar analarını istəyir,

Mənsə, səni…

Qayıdıb gəlmisən…

Baxdım, üzündə acı təbəssüm donub qalmışdı

Nooldu, nə tez fikrin dəyişdi?

Dünən ayrılanda sevinən sən deyildin?

Mənə lazım deyil, yalandan ağlamağın…

Götür yerdəki göz yaşlarını,

Bir də mənə verdiyin ətirli qələmi…

O qapı, o da sən.

Çıx get.

Qapını yavaş çırp

Ürəyimi çartladarsan…

Ayrılığın sağlığına…

Götür içək,

Ayrılığın sağlığına…

Mən bir siqaret yandırım,

sonra içimdəki nifrəti

duman-duman buraxım sənə sarı.

Sonra mənə nağıl danış,

başımı qoyum dizinin üstə…

Nə göydən,nə yerdən…

Sevgidən,

yalnız sevgidən danış nağıl…

Və sonra denən ki,

“Yuxun şirin olsun”

07.01.2010

(c) Orxan Zaman

İki esse
Hərdən

Hərdən bu həyatdan getmək fikrində olanda gedim-qalım səbəblərini barmaqlarınla saymağa başlayarkən getməyə səbəblərini hesablanacaq barmaqların yetməyəndə qorxuya düşdüyün anlar olub?

Hərdən sənin özün haqda fikirlərinlə, digərlərinin sənin haqda fikirləşdikləri arasında antonimliyi hiss etmisən?

Hərdən güzgüdəki adama nifrət edib, yazığın gəlib, üstünə qışqırıb, könlünü almısan?

Hərdən bəzi qızların yanındakı nişanlılarını, sevdiklərinə görə yox, aksesuarlarına uyğun olduğuna görə gəzdirdiklərinin fərqinə varmısan?

Hərdən öz bədənindən çıxıb, özünlə üz-üzə danışmaq eşqinə düşmüsən?

Hərdən vicdan mələyin səni sabah bir pis iş tutmaq fikrində olduğunu gözlərinin dərinliklərində oxuyanda, səni bu fikirdən daşındırarkən onun ağzını möhkəm-möhkəm yummusan?

Hərdən bir iş görmək haqqında ideya onun fürsətini əldən verəndən sonra sənin ağlına gəldiyin gün özünü asmaq istəmisən?

Hərdən dostlarından çox, zəhlən getdiyin bir adamdan ötrü darıxmısan?

Hərdən oxuduğun kitabları yandırıb, onların istisinə qızınmaq ağlına gəlib?

Hərdən doğum xəstəxanasında anana səni səhv gətirdikləri halda və ata-ananın əslində tamam başqa insanlar olduğunu düşünmüsən?

Tənha qayıq

Hər birimiz bu dünyaya tək gəlib, tək yaşayıb, tənha ölürük. Hamımızın boyuna bu dünyada bir tənhalıq libası biçilib. Bu libası geyinib, soyuna bilmirik. Hamının əcaibcəsinə tənhalaşma xəstəliyi var. Tək qalmaq yox, tənhalaşma. Əslində, cüt yaranan varlıqlarında da zatında bir tənhalıq duyğusu var. Hamı tənha qalmaq istəyir, amma tək yox. Tənhalıq – otaqda var-gəl edə-edə özünü dünyanın ən tənha adamı hiss edərkən, otağının qapısını açıb, digər otaqdakı yatanın hənirtisini duyanda xoş olur. Tənhalıq – oturduğun soyuq otağın divarlarında bir rəhimsizlik, dəhlizə çıxanda belə heç bir hənirti duymamaq, hətta eyvana belə çıxıb qışqıranda səsinə ancaq gecə boğuşan pişiklərin miyoltusu əks-səda verəndə dözülməz olur. Tənhalıq – bir nostalgiyadır. Nə vaxtsa səni sevənləri və sən sevdiklərini düşünmək, insanın bilərəkdən özünə əziyyət verməsi, yeknəsəqlikdə bəlkə də bir əyləncə tapma istəməsidir. Tənhalıq dəliliyi – ən çox hissləri korşalan insanlarda kəskin şəkildə özünü göstərir. Hissini, arzularını, bir yığın ehtiraslarını, yuxularını özündə boğan bir adamın ki, üzünə tüpürmək istədin, oturduğun kreslo qoymadı, bir vaxt ki, sevdiyinin dodaqlarından eləcə küçədə öpmək istədin, abır-həya, nə bilim, mentalitet qoymadı, bir yığın ağsaqqal və ağbirçəyin sənə uzun-uzadı nəsihət verərkən, onlarını nəsihətləri qarışıq, cəhənnəmə göndərməyinə tərbiyən mane oldusa, onda əzizim sən əsl impotentsən. Emosional impotent. Lüğətə baxma, orada bu söz yoxdur. Amma sən onun anlamın öz çər dəymiş həyatında hər gün başa düşürsən.

Hamımız həyat adlı okeanda üzən tənha qayıqlarıq. Hərəmizin öz yuxusu, öz nağılı var. Hərdən bu tənha qayıqların burunları bir-birlərinə biz istəmədən belə okeanın dalğaların şıltaqlığına dözməyib, sürtünür. Və qayıqımıza yeni bir sərnişin qəbul edirik. Müəyyən bir vaxta, zamana, tənhalıq xəstəliyimiz başladı, vəssalam, sərnişini düşünüb, qayıqlarımızı burunlarını bir-birlərindən ayırıb, yolumuza davam edirik.

Mənə öz yuxunu danış, yozmaq istəyirəm. Mənə ən gizlin duyğularını anlat, hiss etmək istəyirəm, mənə sevməyi öyrət, tənhalığını bölüşmək istəyirəm.

(c) Günel Eminli

Dino Buzatti – Sehirli pencək (hekayə)
Yaxşı geyinməyi önəmsəməklə birlikdə adətən başqalarının geyimlərinin düzgün tikilib-tikilmədiyinə o qədər fikir vermirəm. Amma bir axşam, bir ziyafət zamanı Milanda bir evdə tanıdığım, qırx yaşlarında görünən bir kişi paltarının sadə gözəlliyi ilə tam mənada çevrəsinə işıq saçırdı.

Kim olduğunu bilmirdim, ilk dəfəydi qarşılaşırdım,tanış edildiyimiz zaman bu vəziyyətlərdə həmişə olduğu kimi adının mənasını başa düşə bilməmişdim.Amma gecə boyunca bir ara yan-yana düşdük və bir az danışdıq. Seçkin, mədəni bir insana bənzəyirdi, amma yenə də bir kədərlə çevrələnmişdi. Bəlkə də ölçüsüz bir yaxınlıqla- Tanrı qüsurumu bağışlasın- onun platarını öydüm və dərzisinin kim olduğunu belə soruşdum.

Adamın üzündə, bu sualı gözləyirmiş kimi qəribə gülümsəmə yarandı. “Demək olar ki, heç kim tanımır,”-dedi, “amma usta bir dərzidir.Ürəyi istəyəndə işləyir.Üç-beş müştərisindən başqa heç kimə tikməz..”

- Görəsən mənə də?…”

- Bir yoxlayın.Adı Kortiselladır.Alfonzo Kortisella.Yeni Ferrara küçəsi 17-də qalır”

- Deyəsən bahacıldır”

- Yəqin ki, amma inanın ki, bilmirəm.Bu kostyumu üç il əvvəl tikib mənə.Hələ də mənə hesabı göndərməyib.”

- Deməli Kortisella ,Ferrara küçəsi 17 hə?”

- Hə”-deyə cavab verdi kimliyni bilmədiyim adam.Sonra, başqalarının yanına getmək üçün məndən uzaqlaşdı.

Ferrara küçəsi 17-də bir-birinə bənzəyən bir çox dərzixana tapdım.Alfonzo Kortisellanın dərzixanası da bir çox dərzixanalar kimiydi.Qapını özü açdı.Yaşlı biriydi, saçları qaraydı amma görünür rəng qoymuşdu.Düşündüyümün əksinə çətinlik yaratmadı. Amma müştərisi olmaq istəyim elə bil onu narahat etmişdi.Ünvanın necə aldığımı danışdım,tikməyini təriflədim,mənə bir kostyum tikməsini istədim.Boz yunlu bir parça seçdik,ölçülərimi götürdü,yoxlanış üçün evimə gəlməyi təklif elədi.Tikişin qiymətini soruşdum.”Qaçhaqaç deyil,razılaşarıq”-dedi.Nə mülayim insandır dedim öz-özümə.Amma daha sonra evə dönərkən yaşlı adamın içimdə (Bəlkə də sürəkli,yapmacıq gülümsəməsi ucbatından) bir sıxıntı oyandırdığını hiss elədim. Qısacası onu bir daha görmək istəmirdim.Nə var ki, bir dəfə sifariş eləmişdim.İyirmi gün sonra hazır olmalıydı.Paltarı gətirəndə geyinib bir saniyəlik aynanın qarşısına keçdim.Mükəmməl idi.Amma içimdə yeni palatarı geyinmək istəyi yoxuydu,səbəbini bilmirdim,bəlkə də sevimsiz qocanı xatırlatdığı üçün beləydi.Həftələrcə geyinməməyə qərar verdim.

O günü heç unutmayacağam.Bir aprel səhəriydi və yağış yağırdı.Kostyumu – şalvar,pencək,jilet –geyinəndə ,yeni paltarlarda demək olar ki, olduğu kimi,sıxan və ya düz olmayan bir yerin olmadığını görüb sevindim.Bədənimə qüsursuz bir biçimdə oturmuşdu.

Pencəyin sağ cibinə adətən heç nə qoymuram,portmanatımı həmişə sol cibə qoyuram.Bu səbəbdən də bir neçə saat sonra büroda yanlışlıqla əlimi sağ cibimə salanda əlim bir kağıza dəyəndə çaşdım.Yoxsa dərzinin hesab xəttkeşiydi?

Deyildi.On min liretlik bir kağız pul idi.

Fikrim qarışmışdı.Pulu heç şübhəsiz mən qoymamışdım.O biri tərəfdən də dərzidən sonra paltara yaxınlaşmaq ehtimalı olan təmizlikçi qadının da mənə belə bir hədiyyə verməsini düşünmək absurd olardı.Bəlkə saxta pul idi?İşığa tutdum və digər pullarla qarşılaşdırdım.Bundan yaxşısı can sağlığıydı.

Yeganə izah olaraq geriyə Kortisellanın dalğınlığı variantı qalırdı.Bəlkə də bir müştərisi gəlib hesabı ödəmişdi və o sırada yanında portmanatı olmadığından pulu ortalıqda qoymamaq üçün bir soxadan asılı pencəyimin cibinə qoymuşdu.Belə şeylər ola bilərdi.

Zəngi basıb sekretarımı çağırdım.Koritsellaya bir məktub yazıb mənim olmayan pulu geri göndərəcəydim.Amma səbəbini bilmirəm, nədənsə əlimi yenə cibimə saldım.

- Nə olub ,xəstə deyilsiniz ki ? -deyə soruşdu, o sırada otağa girən sekretarım.Ölülər kimi ağappaq olmuşdum.Cibimdəki barmaqlarımın ucuna yeni bir kağızın kənarı dəymişdi.Amma bir az əvvəl heç bir şey yoxuydu.

- Heç nə, -dedim – Başım fırlandı bir az. Arada olur.Yəqin yorğunluqdandı.Siz gedəbilərsiniz,bir məktub yazdıracaydım,sonraya yazarıq.

Kağızı ,sekretar getdikdən sonra, cibimdən çıxartmaq ürəkliliyini göstərə bildim.Yenə on min liret idi.Bundan sonra üçüncü dəfə yoxladım.Üçüncü dəfə də pul çıxdı.

Ürəyim tez-tez döyünməyə başlamışdı.Sirli səbəblər nəticəsində ,uşaqlara danışlıan, amma gerçək olduğuna heç kimin inanmadığı bir nağıla qarışdığım hissinə qapılmışdım.

Üzümü pis hiss etdiyim bəhanəsiylə bürodan çıxıb evə getdim.Tək başıma qalmaq istəyirdim. Xoşbəxtlikdən, gündəlikçi qadın çoxdan getmişdi.Qapıları bağladım,pərdələri bağladım.Bütün sürətimlə, cibimdən dalbadal ,bitib tükənməyən pulları çıxartmağa başladım.

Möcüzənin hər an sona çatacağı qorxusuyla, böyük bir əsəb gərginliyi içində çalışırdım.Axşam, gecə boyunca işləyib milyardlar qazanmaq istəyirdim.Amma müəyyən bir nöqtədə artıq gücüm qalmadı.

Qarşımda dağ kimi bir pul yığını vardı.İndi önəmli olan, bunları gizlətmək, heç kimin qoxu almamasını təşkil etmək idi.Xalı dolu köhnə bir çamadanı boşaltdım,dəstə dəstə pulları, bir yandan da sayaraq dibinə yerləşdirdim.Əlli milyondan artıq idi.

Ertəsi gün, qadın gəldikdən sonra oyandım.Qadın, məni yataqda paltarlı görəndə şaşırdı.Bir gecə əvvəl çox içdiyimi,sonra da qəfildən yuxuladığımı söyləyərək, gülməyə çalışdım.Yeni bir sıxıntı : qadın, heç olmasa fırçalamaq üçün , paltarı çıxartmağımı istəyirdi.

Tələsik getməli olduğumu, paltar dəyişəcək zaman qalmadığını dedim.Sonra, eyni parçadan bir başqa kostyum almaq üçün, bir hazır geyim mağazasına qaçdım.Gündəlikçi qadına bu kostyumu verəcəydim.”Mənimkini”, bir neçə gün içində məni dünyanın ən güclü insanlarından biri edəcək olan kostyumu isə,güvənilən bir yerdə gizlədəcəydim.

Yuxumu görürdüm, yoxsa xoşbəxtiydim, ya da gərəyindən daha ağır bir taleyin yükü altındamı əzilirdim,anlaya bilmirdim.Yolda , yağmurluğun üstündən, həmişə sehirli pencəyin orasını yoxlayırdım.Hər dəfəsində rahat bir nəfəs alırdım.Parçanın altından kağız pulun ürəyimə su çiləyən xışıltısı cavab verirdi.

Amma gözlənilməz bir təsadüf , nəşəli sevincimi qursağımda buraxdı.Səhər qəzetlərində, bir gün əvvəl edilən bir soyğun xəbəri vardı.Bir bankın, şöbələrdən toplladığı gündəlik gəliri mərkəzi şöbəyə aparmaqda olan zirehli maşını, Palmanova küçəsində dörd soyğunçunun hücumuna məruz qalmışdı.Şahidlərin dediklərinə görə , qanqsterlərdən biri,özünə yol açabilmək üçün atəş açmışdı.Yoldan keçənlərdən biri ölmüşdü.Məni çaşdıran,oğurlanan ppulun miqdarı olmuşdu : düz əlli səkkiz milyon.(mənim pulum qədər) Mənim gözlənilməz zənginliyimlə,hardasa eyni zamanda meydana gələn soyğun hadissəi arasında bir əlaqə ola bilərdimi? Belə düşünmək mənasız idi.Üstəlik kor inanclarım yoxuydu.Amma yenə də, hadisə çox məni çaşdırmışdı.

Insanın əlinə keçən nə qədər artırsa, istəyi də o qdəər artır.Vərdişlərimin adiliyi diqqətə alınarsa, artıq zəngin sayılırdım.Amma, sərhəd bilməyən lyuks bir həyatın cazibəsinə qapılmışdım.O gecə yenidən “işə” başladım.Bu dəfə daha təlaşsız çalışır, əsəblərimi daha az pozurdum. Əski sərvətimə, yüz otuz beş milyon daha əlavə olundu.

O gecə gözümə yuxu girmədi.Bir təhlükənin önsezimiydi ? Yoxsa haqqsızca böyük bir sərvətə qovuşan birinin vicdan əzabımı?Ya da qeyri-müəyyən bir peşmanlıqmı? Gün işaran kimi yataqdan qalxdım, geyinib qəzet almaq üçün küçəyə qaçdım.

Oxuyan kimi nəfəsim tıxandı.Mazut anbarında çıxan qorxunc yanğın, şəhərin mərkəzindəki San Kloro küçəsində bir binanın yarısını yox eləmişdi.Bu alovlar ,böyük bir şirkətin,içində yüz otuz milyondan artıq pul olan kassasını da udmuşdu.Yanğına iki yanğınsöndürən ölmüşdü.

Suçlarımı indi bir-bir saymağımmı lazım idi?bəli, çünki pencəyin mənə qazandırdığı pulların cinayətdən,qandan, ümidsizlikdən,ölümdən gəldiyini, cəhənnəmdən gəldiyini artıq bilirdim.Amma içimdəki məntiq tələsi, ağız büzərək mənim hər hansı bir məsulliyyətim olmasıyla razılaşmırdı.Beləcə şeytana uymaq çəkidə ağır gəlir,əlim- elə asandı ki !- cibimə girir və barmaqlarım son dərəcə sürətli bir istəklə, hər dəfə bir pulun ucundan tuturdu.Pul, müqəddəs pul !

Köhnə evi tərk etmədən (diqqət çəkməmək üçün) qısa vaxtda böyük bir villa almışdım, dəyərli bir rəsm kolleksiyam vardı,lyuks bir avtomobillə gəzirdim, “səhhətim əlaqədar” işdən çıxmışdım, bir-birindən gözəl qadınlarla dünyanın dörd tərəfini dolaşırdım.

Pencəyimdən hər pul alanda, yer üzündə utanc və acı verən bir hadisə olduğunu bilirdim.Amma həmişə məntiqli sübutlara söykənməyən, qeyri-müəyyən bir şüurla hərəkət edirdim.O biri tərəfdən cibimdən hər yeni pul çıxaranda, vicdanım bir az d aha korşalır, daha da çirkinləşirdi.Dərzi mi? Borcumnu öyrənmək üçün zəng elədim, heç kim cavab vermədi.Ferrara küçəsinə, dərzini axtarmağa getdiyim zaman isə xaricə köçdüyünü söylədilər, haraya getdiyini bilmirdilər.Beləcə hər şey mənə xəbərim olmadan,şeytanla bir müqavilə imzalamış olduğumu doğrulamağa çalışırdı.

Günlərin birində ,illərdir qalmaqda olduğum binada, altmış yaşlarında təqaüdçü bir qadının qazla boğulmuş cəsədi tapıldı.Bir gün əvvəl əlinə keçən ( və mənim əlimə gələn) Otuz min lireti itirdiyi için canına qıymışdı.

Artıq kifayət idi.Uçurumun ən dibinə yuvarlanmamaq üçün pencəkdən qurtulmalıydım.Bir başqasına vermək olmazdı,çünki bu üz qarası vəziyyət davam edərdi.( belə bir aldanışa kim dözə bilərdi axı?)Avtomobillə Alpların təhna bir vadisinə getdim.Avtomobili bir otlaqda qoyaraq, müşədən yuxarı dırmandım.Heç kim yoxuydu.Meşəni keçdikdən sonra daşlı-kəsəkli bir yerə çatdım.Burada, iki div boyda qayanın arasında ,çantamdan uğursuz pencəyi çıxartdım,üstünə benzin töküb yandırdım.Bir neçə dəqiqə sonra,geriyə yalnızca külləri qaldı.

Amma alovların son titrəşiyi sırasında arxamdan-sanki iki-üç metrə gerdiən- bir insan səsi eşidilən kimi oldu : “Çoxgecdi, Çox gecdi ! “.Qorxuya qapılaraq,bir ilan kimi geriyə qıvrıldım.Heç kim yoxuydu.Qayaların üstündə tullana-tullana bu uğursuz səsin sahibini ortaya çıxartmaq üçün ətrafı axtardım.Heç kəs yox idi.Qayalaradan başqa bir şey yoxuydu.

Qapıldığım qorxuya qarşılıq, yenə də bir rahatlama hissiylə vadiyə endim.Artıq azadıydım.Üstəlik,tale üzümə gülmüş, zəngin də olmuşdum.

Amma otlaqda avtomobilim yoxuydu.Və şəhərə qayıdanda, o cazibədar villam da yox olmuşdu.Yerində, “ Satlıq Bələdiyyə Torpağı” yazısı,şumlanmamış bir tarla vardı.Bankdakı hesablarım da, bilmədiyim bir səbəbdən sıfıra enmişdi.Kassadakı Bir topa hissə sənədləri də yox olmuşdu.Köhnə çamadanda da tozdan, başqa bir şey yox idi.

Indi yenə min bir çətinliklə çalışmağa başladım.Çox çətin gəlir,işin qəribəsi,qəfil bu vəziyyətə düşməyimə heç kim şaşırmış görünmür.

Üstəlik hər şeyin daha sona çatmadığını da bilirdim.Günlərin birində qapının zənginin çalınacağını,açanda qarşımda,üzündən əskik olmayan gülümsəməsiylə,hesabı bağlamağa gələn uğursuz dərzini görəcəyimi bilirəm.

Tərxümə etdi: Qismət Rüstəmov (II Qismət)