Kultpress.com » Proza

Dino Buzatti – Sehirli pencək (hekayə)
Yaxşı geyinməyi önəmsəməklə birlikdə adətən başqalarının geyimlərinin düzgün tikilib-tikilmədiyinə o qədər fikir vermirəm. Amma bir axşam, bir ziyafət zamanı Milanda bir evdə tanıdığım, qırx yaşlarında görünən bir kişi paltarının sadə gözəlliyi ilə tam mənada çevrəsinə işıq saçırdı.

Kim olduğunu bilmirdim, ilk dəfəydi qarşılaşırdım,tanış edildiyimiz zaman bu vəziyyətlərdə həmişə olduğu kimi adının mənasını başa düşə bilməmişdim.Amma gecə boyunca bir ara yan-yana düşdük və bir az danışdıq. Seçkin, mədəni bir insana bənzəyirdi, amma yenə də bir kədərlə çevrələnmişdi. Bəlkə də ölçüsüz bir yaxınlıqla- Tanrı qüsurumu bağışlasın- onun platarını öydüm və dərzisinin kim olduğunu belə soruşdum.

Adamın üzündə, bu sualı gözləyirmiş kimi qəribə gülümsəmə yarandı. “Demək olar ki, heç kim tanımır,”-dedi, “amma usta bir dərzidir.Ürəyi istəyəndə işləyir.Üç-beş müştərisindən başqa heç kimə tikməz..”

- Görəsən mənə də?…”

- Bir yoxlayın.Adı Kortiselladır.Alfonzo Kortisella.Yeni Ferrara küçəsi 17-də qalır”

- Deyəsən bahacıldır”

- Yəqin ki, amma inanın ki, bilmirəm.Bu kostyumu üç il əvvəl tikib mənə.Hələ də mənə hesabı göndərməyib.”

- Deməli Kortisella ,Ferrara küçəsi 17 hə?”

- Hə”-deyə cavab verdi kimliyni bilmədiyim adam.Sonra, başqalarının yanına getmək üçün məndən uzaqlaşdı.

Ferrara küçəsi 17-də bir-birinə bənzəyən bir çox dərzixana tapdım.Alfonzo Kortisellanın dərzixanası da bir çox dərzixanalar kimiydi.Qapını özü açdı.Yaşlı biriydi, saçları qaraydı amma görünür rəng qoymuşdu.Düşündüyümün əksinə çətinlik yaratmadı. Amma müştərisi olmaq istəyim elə bil onu narahat etmişdi.Ünvanın necə aldığımı danışdım,tikməyini təriflədim,mənə bir kostyum tikməsini istədim.Boz yunlu bir parça seçdik,ölçülərimi götürdü,yoxlanış üçün evimə gəlməyi təklif elədi.Tikişin qiymətini soruşdum.”Qaçhaqaç deyil,razılaşarıq”-dedi.Nə mülayim insandır dedim öz-özümə.Amma daha sonra evə dönərkən yaşlı adamın içimdə (Bəlkə də sürəkli,yapmacıq gülümsəməsi ucbatından) bir sıxıntı oyandırdığını hiss elədim. Qısacası onu bir daha görmək istəmirdim.Nə var ki, bir dəfə sifariş eləmişdim.İyirmi gün sonra hazır olmalıydı.Paltarı gətirəndə geyinib bir saniyəlik aynanın qarşısına keçdim.Mükəmməl idi.Amma içimdə yeni palatarı geyinmək istəyi yoxuydu,səbəbini bilmirdim,bəlkə də sevimsiz qocanı xatırlatdığı üçün beləydi.Həftələrcə geyinməməyə qərar verdim.

O günü heç unutmayacağam.Bir aprel səhəriydi və yağış yağırdı.Kostyumu – şalvar,pencək,jilet –geyinəndə ,yeni paltarlarda demək olar ki, olduğu kimi,sıxan və ya düz olmayan bir yerin olmadığını görüb sevindim.Bədənimə qüsursuz bir biçimdə oturmuşdu.

Pencəyin sağ cibinə adətən heç nə qoymuram,portmanatımı həmişə sol cibə qoyuram.Bu səbəbdən də bir neçə saat sonra büroda yanlışlıqla əlimi sağ cibimə salanda əlim bir kağıza dəyəndə çaşdım.Yoxsa dərzinin hesab xəttkeşiydi?

Deyildi.On min liretlik bir kağız pul idi.

Fikrim qarışmışdı.Pulu heç şübhəsiz mən qoymamışdım.O biri tərəfdən də dərzidən sonra paltara yaxınlaşmaq ehtimalı olan təmizlikçi qadının da mənə belə bir hədiyyə verməsini düşünmək absurd olardı.Bəlkə saxta pul idi?İşığa tutdum və digər pullarla qarşılaşdırdım.Bundan yaxşısı can sağlığıydı.

Yeganə izah olaraq geriyə Kortisellanın dalğınlığı variantı qalırdı.Bəlkə də bir müştərisi gəlib hesabı ödəmişdi və o sırada yanında portmanatı olmadığından pulu ortalıqda qoymamaq üçün bir soxadan asılı pencəyimin cibinə qoymuşdu.Belə şeylər ola bilərdi.

Zəngi basıb sekretarımı çağırdım.Koritsellaya bir məktub yazıb mənim olmayan pulu geri göndərəcəydim.Amma səbəbini bilmirəm, nədənsə əlimi yenə cibimə saldım.

- Nə olub ,xəstə deyilsiniz ki ? -deyə soruşdu, o sırada otağa girən sekretarım.Ölülər kimi ağappaq olmuşdum.Cibimdəki barmaqlarımın ucuna yeni bir kağızın kənarı dəymişdi.Amma bir az əvvəl heç bir şey yoxuydu.

- Heç nə, -dedim – Başım fırlandı bir az. Arada olur.Yəqin yorğunluqdandı.Siz gedəbilərsiniz,bir məktub yazdıracaydım,sonraya yazarıq.

Kağızı ,sekretar getdikdən sonra, cibimdən çıxartmaq ürəkliliyini göstərə bildim.Yenə on min liret idi.Bundan sonra üçüncü dəfə yoxladım.Üçüncü dəfə də pul çıxdı.

Ürəyim tez-tez döyünməyə başlamışdı.Sirli səbəblər nəticəsində ,uşaqlara danışlıan, amma gerçək olduğuna heç kimin inanmadığı bir nağıla qarışdığım hissinə qapılmışdım.

Üzümü pis hiss etdiyim bəhanəsiylə bürodan çıxıb evə getdim.Tək başıma qalmaq istəyirdim. Xoşbəxtlikdən, gündəlikçi qadın çoxdan getmişdi.Qapıları bağladım,pərdələri bağladım.Bütün sürətimlə, cibimdən dalbadal ,bitib tükənməyən pulları çıxartmağa başladım.

Möcüzənin hər an sona çatacağı qorxusuyla, böyük bir əsəb gərginliyi içində çalışırdım.Axşam, gecə boyunca işləyib milyardlar qazanmaq istəyirdim.Amma müəyyən bir nöqtədə artıq gücüm qalmadı.

Qarşımda dağ kimi bir pul yığını vardı.İndi önəmli olan, bunları gizlətmək, heç kimin qoxu almamasını təşkil etmək idi.Xalı dolu köhnə bir çamadanı boşaltdım,dəstə dəstə pulları, bir yandan da sayaraq dibinə yerləşdirdim.Əlli milyondan artıq idi.

Ertəsi gün, qadın gəldikdən sonra oyandım.Qadın, məni yataqda paltarlı görəndə şaşırdı.Bir gecə əvvəl çox içdiyimi,sonra da qəfildən yuxuladığımı söyləyərək, gülməyə çalışdım.Yeni bir sıxıntı : qadın, heç olmasa fırçalamaq üçün , paltarı çıxartmağımı istəyirdi.

Tələsik getməli olduğumu, paltar dəyişəcək zaman qalmadığını dedim.Sonra, eyni parçadan bir başqa kostyum almaq üçün, bir hazır geyim mağazasına qaçdım.Gündəlikçi qadına bu kostyumu verəcəydim.”Mənimkini”, bir neçə gün içində məni dünyanın ən güclü insanlarından biri edəcək olan kostyumu isə,güvənilən bir yerdə gizlədəcəydim.

Yuxumu görürdüm, yoxsa xoşbəxtiydim, ya da gərəyindən daha ağır bir taleyin yükü altındamı əzilirdim,anlaya bilmirdim.Yolda , yağmurluğun üstündən, həmişə sehirli pencəyin orasını yoxlayırdım.Hər dəfəsində rahat bir nəfəs alırdım.Parçanın altından kağız pulun ürəyimə su çiləyən xışıltısı cavab verirdi.

Amma gözlənilməz bir təsadüf , nəşəli sevincimi qursağımda buraxdı.Səhər qəzetlərində, bir gün əvvəl edilən bir soyğun xəbəri vardı.Bir bankın, şöbələrdən toplladığı gündəlik gəliri mərkəzi şöbəyə aparmaqda olan zirehli maşını, Palmanova küçəsində dörd soyğunçunun hücumuna məruz qalmışdı.Şahidlərin dediklərinə görə , qanqsterlərdən biri,özünə yol açabilmək üçün atəş açmışdı.Yoldan keçənlərdən biri ölmüşdü.Məni çaşdıran,oğurlanan ppulun miqdarı olmuşdu : düz əlli səkkiz milyon.(mənim pulum qədər) Mənim gözlənilməz zənginliyimlə,hardasa eyni zamanda meydana gələn soyğun hadissəi arasında bir əlaqə ola bilərdimi? Belə düşünmək mənasız idi.Üstəlik kor inanclarım yoxuydu.Amma yenə də, hadisə çox məni çaşdırmışdı.

Insanın əlinə keçən nə qədər artırsa, istəyi də o qdəər artır.Vərdişlərimin adiliyi diqqətə alınarsa, artıq zəngin sayılırdım.Amma, sərhəd bilməyən lyuks bir həyatın cazibəsinə qapılmışdım.O gecə yenidən “işə” başladım.Bu dəfə daha təlaşsız çalışır, əsəblərimi daha az pozurdum. Əski sərvətimə, yüz otuz beş milyon daha əlavə olundu.

O gecə gözümə yuxu girmədi.Bir təhlükənin önsezimiydi ? Yoxsa haqqsızca böyük bir sərvətə qovuşan birinin vicdan əzabımı?Ya da qeyri-müəyyən bir peşmanlıqmı? Gün işaran kimi yataqdan qalxdım, geyinib qəzet almaq üçün küçəyə qaçdım.

Oxuyan kimi nəfəsim tıxandı.Mazut anbarında çıxan qorxunc yanğın, şəhərin mərkəzindəki San Kloro küçəsində bir binanın yarısını yox eləmişdi.Bu alovlar ,böyük bir şirkətin,içində yüz otuz milyondan artıq pul olan kassasını da udmuşdu.Yanğına iki yanğınsöndürən ölmüşdü.

Suçlarımı indi bir-bir saymağımmı lazım idi?bəli, çünki pencəyin mənə qazandırdığı pulların cinayətdən,qandan, ümidsizlikdən,ölümdən gəldiyini, cəhənnəmdən gəldiyini artıq bilirdim.Amma içimdəki məntiq tələsi, ağız büzərək mənim hər hansı bir məsulliyyətim olmasıyla razılaşmırdı.Beləcə şeytana uymaq çəkidə ağır gəlir,əlim- elə asandı ki !- cibimə girir və barmaqlarım son dərəcə sürətli bir istəklə, hər dəfə bir pulun ucundan tuturdu.Pul, müqəddəs pul !

Köhnə evi tərk etmədən (diqqət çəkməmək üçün) qısa vaxtda böyük bir villa almışdım, dəyərli bir rəsm kolleksiyam vardı,lyuks bir avtomobillə gəzirdim, “səhhətim əlaqədar” işdən çıxmışdım, bir-birindən gözəl qadınlarla dünyanın dörd tərəfini dolaşırdım.

Pencəyimdən hər pul alanda, yer üzündə utanc və acı verən bir hadisə olduğunu bilirdim.Amma həmişə məntiqli sübutlara söykənməyən, qeyri-müəyyən bir şüurla hərəkət edirdim.O biri tərəfdən cibimdən hər yeni pul çıxaranda, vicdanım bir az d aha korşalır, daha da çirkinləşirdi.Dərzi mi? Borcumnu öyrənmək üçün zəng elədim, heç kim cavab vermədi.Ferrara küçəsinə, dərzini axtarmağa getdiyim zaman isə xaricə köçdüyünü söylədilər, haraya getdiyini bilmirdilər.Beləcə hər şey mənə xəbərim olmadan,şeytanla bir müqavilə imzalamış olduğumu doğrulamağa çalışırdı.

Günlərin birində ,illərdir qalmaqda olduğum binada, altmış yaşlarında təqaüdçü bir qadının qazla boğulmuş cəsədi tapıldı.Bir gün əvvəl əlinə keçən ( və mənim əlimə gələn) Otuz min lireti itirdiyi için canına qıymışdı.

Artıq kifayət idi.Uçurumun ən dibinə yuvarlanmamaq üçün pencəkdən qurtulmalıydım.Bir başqasına vermək olmazdı,çünki bu üz qarası vəziyyət davam edərdi.( belə bir aldanışa kim dözə bilərdi axı?)Avtomobillə Alpların təhna bir vadisinə getdim.Avtomobili bir otlaqda qoyaraq, müşədən yuxarı dırmandım.Heç kim yoxuydu.Meşəni keçdikdən sonra daşlı-kəsəkli bir yerə çatdım.Burada, iki div boyda qayanın arasında ,çantamdan uğursuz pencəyi çıxartdım,üstünə benzin töküb yandırdım.Bir neçə dəqiqə sonra,geriyə yalnızca külləri qaldı.

Amma alovların son titrəşiyi sırasında arxamdan-sanki iki-üç metrə gerdiən- bir insan səsi eşidilən kimi oldu : “Çoxgecdi, Çox gecdi ! “.Qorxuya qapılaraq,bir ilan kimi geriyə qıvrıldım.Heç kim yoxuydu.Qayaların üstündə tullana-tullana bu uğursuz səsin sahibini ortaya çıxartmaq üçün ətrafı axtardım.Heç kəs yox idi.Qayalaradan başqa bir şey yoxuydu.

Qapıldığım qorxuya qarşılıq, yenə də bir rahatlama hissiylə vadiyə endim.Artıq azadıydım.Üstəlik,tale üzümə gülmüş, zəngin də olmuşdum.

Amma otlaqda avtomobilim yoxuydu.Və şəhərə qayıdanda, o cazibədar villam da yox olmuşdu.Yerində, “ Satlıq Bələdiyyə Torpağı” yazısı,şumlanmamış bir tarla vardı.Bankdakı hesablarım da, bilmədiyim bir səbəbdən sıfıra enmişdi.Kassadakı Bir topa hissə sənədləri də yox olmuşdu.Köhnə çamadanda da tozdan, başqa bir şey yox idi.

Indi yenə min bir çətinliklə çalışmağa başladım.Çox çətin gəlir,işin qəribəsi,qəfil bu vəziyyətə düşməyimə heç kim şaşırmış görünmür.

Üstəlik hər şeyin daha sona çatmadığını da bilirdim.Günlərin birində qapının zənginin çalınacağını,açanda qarşımda,üzündən əskik olmayan gülümsəməsiylə,hesabı bağlamağa gələn uğursuz dərzini görəcəyimi bilirəm.

Tərxümə etdi: Qismət Rüstəmov (II Qismət)

Səyahət
Hər gün olduğu kimi bügün yenə onu gördüm. Kiçik yaşlarımdan onu hər səhər və sonra isə gün ərzində bir neçə dəfə görməyə adət etmişdim. İşim az olanda isə günümün az bir hissəsini onunla keçirməyə çalışırdım. Onunla o günkü görüşümüz isə əvvəlki saysız-hesabsız görüşlərimizdən fərqli idi. Ona yaxınlaşdım. İkimizdə adət etdiyimiz kimi dizimizin üstündə oturub bir-birimizə baxırdıq. Həmişə gün ərzində baş verənləri müzakirə edərdik. Bu dəfə isə o, mənə bir etiraf edəcəyini dedi. “Mən asanlıqla keçmişə və gələcəyə səyahət edə bilirəm” dedi.

Bunun zarafat olduğunu fikirləşdim və gülümsədim. Mənə zarafat etmədiyini, ciddi olduğunu dedi. Məni zamanda etdiyi səyahətə dəvət etdi. Əvvəl tərəddüd etsəmdə “Heçnə itirməyəcəksən” sözlərindən sonra razılaşdım. “Əvvəl keçmişə ya gələcəyə getmək istəyirsən?” Yerimdə kim olsa heç düşünmədən birinci gələcəyə getmək istədiyini deyərdi. Mən isə nədənsə gələcəyə getməyə bir az qorxurdum. Fikirləşdim ki, əvvəlcə keçmişə gedək, xoşuma gəlsə əgər sonra gələcəyə də getməyə də razılıq verərəm.

“Yaxşı. Amma əvvəlcə səyahətimizlə bağlı bəzi şərtlərimizi bilməlisən.

1. Yalnız sənin iştirakın olan keçmişə gedə bilərik, yəni yalnız sənin yaşamış olduğun sənə aid olan keçmişə. Bax a sonra demə ki, mən Misir ehramlarının tikildiyi dövrə getmək istəyirəm. 2. Keçmişə gedə bilsək də, yadında saxla ki, keçmişlə bağlı heç nəyi dəyişə bilməyəcəksən, biz orda yalnız müşahidəçi ola biləcəyik.”

-    “Şərtlərinlə razıyam. Yalnız bir sualım var. Bəs yaxşı necə gedəcəyik?”

-    “Çox sadə. Mənimlə birgə zamanda səyahət edə bilmən üçün sənin filmlərdə gördüyün nə zaman maşınına, nə uçan boşqaba bir sözlə heç bir şeyə ehtiyacın yoxdur. Sadəcə fikrini topla və gözlərini mənimlə birgə yum. Beləliklə bu günə qədər yaşamış olduğun istədiyin günə düşə biləcəksən. Hazırsan?”

Hazır idim. Onun dediyi kimi fikrimi toplayıb hansı vaxta gedəcəyimi qərarlaşdırdıqdan sonra gözlərimi yumdum. Onun dedikləri həqiqət idi. Bu həqiqətən də baş vermişdi. 7 il bundan əvvələ düşmüşdüm. Əynimdə ağ köynək, qara yupka – məktəbli geyimində, çiynimdə çantam məktəbə gedən yolda durmuşdum. Bu qədər il sonra yenidən şagird idim. Həmin il sentyabr ayından etibarən artıq soyuqlar düşməyə başlamışdı. Binaların arası ilə, kəsə yolla, məktəbə gecikməmək üçün tələsərək məktəbə getməyə başladım. Soyuq Bakı küləyi getməyimə mane olurdu. Güclü əsən küləyin soyuğu isə iliyimə işləyirdi. Məktəbə çatdım. İsti sinif otağımız, sonralar heç vaxt görə bilməyəcəyim sinif yoldaşlarım, sevimli müəllimlərim. Tənəffüsdə isə məktəbimizin yaxınlığında satılan o dadlı qamburgerdən alıb yenə yedim. Dərslərimiz bitdi. Evə gəldim. Evdəkilər bir neçə gün sonra köçəcəyimizi və məktəbimizi yenə dəyişəcəyimiz barədə danışırdılar. Mən isə qayıtmaq istəmirdim. Qərar artıq qəbul edilmişdi. “Yadında saxla ki, keçmişlə bağlı heçnəyi dəyişə bilməyəcəksən”. Onun qoyduğu şərt var idi. Mən heçnəyi dəyişə bilməzdim və artıq həm də qayıtmaq vaxtı idi. Qayıtdıq. Bir az pərt olmuşdum. İndi isə növbə gələcəyə getməkdə idi. Əsəbi halda “Gələcəklə bağlı hansı şərtlərin olacaq?” dedim.

-    “Diqqətli ol! Diqqətli ol ki, peşman olmayasan.”

-    “Yalnız bir şərt? Bəs…”

Gülümsəyib “Çox sual verirsən. Hazırsan? Gedək.”

Artıq əzbərləmişdim. Fikrimi topladım, gözümü onunla birgə yumdum və … Yaman qorxdum. İndi onun hələ lap əvvəl niyə qorxma dediyini başa düşdüm. Ala qaranlıq nəhəng bir otaqda idim. Bu dəfə deyəsən çox illər sonraya gəlmişdik. Vücudum qocalmışdı. Əllərim əvvəlki təravətini itirmişdi və qırışlar yaranmışdı. Özümü çox narahat hiss etməyə başladım. Qorxu hissi bütün vücudumu sarmışdı. Ürək döyüntülərimin sayının necə artdığını hiss etməyə başladım. Ala qaranlıq otaqda gözlərim də yaxşı görmürdü. Torlanmışdı sanki. Bədənim belə qocalması mənə çox pis təsir edirdi. Çaşqınlıqdan otaqda ora bura hərəkət etməyə başladım. Əvvəlki qədər cəld hərəkət də edə bilmirdim. Otaqda bir az çırpındıqdan sonra nisbətən sakitləşdim. Olduğum otaq zövqlə bəzədilmiş qonaq otağı idi. Divardan asılmış bir neçə rəsm əsərləri, zövqlə seçilmiş suvenirlər və insan heykəlləri otaq işıqlı olmasada aydın seçilirdi. Otaqdakı ocağın üstündə fotoların olduğunu gördüm. Amma şəkildəki adamları seçə bilmirdim. Otaqdakı işıqları yandırmalı idim. Bir neçə dəqiqəlik axtarışdan sonra işıqları yandırdım. Üzərində fotolar olan ocağa yaxınlaşdım. Hər birinə diqqətlə baxmağa çalışırdım. Düşdüyüm çaşqınlıqdan hələ də əslində nələrin baş verdiyini tam dərk edə bilmirdim. Şəkillərdən birində bir qız və oğlan bir qadını qucaqlamışdı. Həmin o qadına diqqətlə baxdıqda, onun mənə baxan və gülümsəyən gözlərindən tanıdım ki, o mənəm. İllər keçsədə dəyişməyən tək bir şey var idisə bu da gözlərim idi. Məni bu şəkildə qucaqlayan həmin o qız başqa bir şəkildə var idi. Ağ həkim xalatında, diş həkimi otağında kresloda oturub fəxrlə gülümsəyirdi. Yoxsa bu qız mənim qızım idi.. ? Mənim uşaqlıqdan arzuladığım və heç vaxt reallaşdıra bilmədiyim həkim olmaq arzusunu öz seçimi ilə qızım reallaşdırmışdı. Məni qucaqlayan o oğlan isə oğlum idi. Çaşıb qalmışdım. Bilmirdim nə edim ki, o mənə yaxınlaşdı. Mənə karyeramda çoxlu fəxr ediləcək uğurlar qazandığımı. Gözəl bir ailəmin olduğunu dedi. Həyat yoldaşımın isə bir neçə il əvvəl vəfat etdiyini dedi. Qayıtmaq vaxtı idi. Geri döndük.

Geri döndüyümüzdə burda yalnız bir neçə dəqiqə keçmişdi və onunda artıq getmək vaxtı idi. Vidalaşmaq vaxtı idi. Sağollaşmaq üçün əlimi onun əlinə uzatdım. Əlim əlinə toxundu. Əlləri soyuq idi. Və o mənə baxırdı. Toxunduğum əl mənim əlim idi – mənim əlimin güzgüdəki əksi. Soyuqluq isə güzgünün soyuqluğu idi. Mənə baxan o gözlər isə mənim gözlərim idi. Hər gün görüşdüyüm “O” mən özüm idim. Mənim güzgümdəki əksim. Vaxt olmayanda güzgüyə çox vaxt tələsik baxırdım və belə ki, “onunla” görüşə bilmirdik. Vaxt çox olduqda isə “onunla” tez-tez görüşüb danışırdıq.

Bəs zamanda asanlıqla səyahət edə bilən nə idi? – “Mənim beynim”. Beynim – fikirlərim və düşüncələrimlə asanlıqla öz keçmişimə və gələcəyimə səyahət edə bilirdi. Bunun üçün heç bir zaman maşınına ehtiyac yoxdur. Asanlıqla fikirlərimdə dəfələrlə keçmişə gedə bilsəmdə keçmişimlə bağlı heç bir şeyi dəyişmək mümkün deyil. Gələcəyimizi düzgün qurmaq isə bizlərin öz əlindədir. Yalnız bir şərt var 1. Diqqətli olaq! Diqqətli olaq ki, sonda peşman olmayaq.

© Pərvin Məmmədzadə