Kultpress.com » Esse

Oyanıqlıq
Evdən bayıra çıxmıram amma gəzmədiyim yer qalmayıb. Əgər desən ki, necə olar bu? Deəyəcm bilsəydim əgər bu sətirləri yazmazdım.

Bir sürü qərar verdim həyatımın qalanını tənzimləmək üçün verdiyim qərarlardan ilki evdən bayıra çıxmamaqdı amma digər qərarların hamısı çöldə görülməli idi.Yəqin ki, daxilimdə referendum keçirib dəyişiklik edəcəm.

Otağım çox doğmadı ordan çıxmıram yazılar yazıram 1 nəfərlik sonra cox nəfərlik tamaşalar düzəldirəm rejisoruda ssenarisidə mənimdi aktyorda , tamaşaçılarda özüməm bunların hamsını özüm edirəm öz qərarlarımla.Amma sonra çox kədərlənirəm həyatımda da hər şeyi özüm edə bilsəydim… Sonra yatanda xadimə otağımı yığışdırarkən yazılarımıda atır fikirləşirəm ki, həyatımıda özüm qursaydım mənidə atardılar.

Hamıdan eşitdiyim bir söz var çox tez-tez eşidirəm bu sözü qorxu, hıçqırığın dərmanı olduğunu bildiyimdən bəri bütün yolları sınadım hıçqırığım tutmadı əvəzində bədənim hava ilə doldu üsündən su içdim necədə 4 ünsürü bədənimdə tamamlamaq istərdim torpağı yemək nə isə odu yeyə bilmirəm.Bəlkə bir gün hıçqırığım tutar onda özümü bir qorxudacam ki…

Artıq otaqdan çıxdım fit çala-çala gedirəm. Heç tanımadığım bir yolda içim çox rahatdı niyəsinidə bilmirəm yəqin yol yuvarlaqdı ona görə. Yolun ən səssiz yerində qarşıma oğrular çıxdı. Məni bütün soydular. Onlara sual verdim yolun o birisi tərfində də oğrular var idimi? Deyəsən yazığı gəldi paltarlarımı qaytardı sualıma cavab da verdi. Yolun hər iki tərəfinə pusqu qurublarmış, hansı tərəfdən adam gəlsə soyacaqlarmış haqlı olduğumu anladıqdan sonra yola davam etdim .

Gəzə gəzə bir anlıq dəniz kənarına gəlib çıxdım rəngli binalar var idi bütün sahil boyu. Kölgələr düşürdü torpağa binalardan daha böyük kölgələr amma onların üstündən keçirdim nədənsə kölgələrə baxmaqdan işığı unutdum. Binalar əlçatmaz görsənirdi anladım ki, kiminsə kölgəsi olub böyük görsənmək boş şeydi.Yoluma davam edirəm dənizin ləpələrinin sahili tutduğu yerdə uşaqlar uçurtma uçurdurlar.Görəsən nə fikirləşirlər yəqin onlar kimi uçmaq… insanın uçmaq istəyinin məhlulu idi bu yelpələklər. Məndə uçmaq istəyirdim hərdən pəncərəmin qabağına qonan quşlara baxardım onlar kimi olmaq istəyərdim amma qanadlarım yoxdur. İndi yolda düşünürəm əslində mənim quşlardan fərqim yoxdur nə vaxtsa qəfəsdən çıxsaydım yəqin ki, məndə uçardım.

Bu düşüncələrlə irəliləyərkən qarşımda duran itdən xəbərim yox idi. Düz gözümün içinə baxırdı.Dili ağzından çıxır sonra ağzına geri qayıdırdı bir neçə müddət buna baxdım fikrim başqa yerlərə getdi. Amma sonra düzəldi. İtdən mənmi qorxuram yoxsa it məndən kaş indi hıçqırğım gələrdi yəqin qorxunun dərmanıda odur. Bir kitabda oxumuşdum ən saldırqan olanlar qorxaqlardı demək it mənə hücum edəcəkdi elədə oldu.Üstümə atıldı. Yaşamla ölüm arasında mübarizə aparırdım mənə elə gəldiki saatlarca itlə döyüşdüm.Nəhayət it cıxıb getdi ağacın dibində oturmuşdum halsız və huşsuz .Bir kölgə görsənirdi.səsi tanış gəlirdi üzüdə.Mənə nəsə deyirdi amma başa düşmürdüm bircə təcili yardım sözünü eşitdim. Adamın səsi insan səsinə bənzəyirdi üzüdə insan üzü idi Onun bu binada yaşayan insanlardan fərqi yox idi.Ömrü boyu oxumuş, həyatı kimlərsə tərəfindən idarə olunan , yaxşı yerdə işləyən uşağına hər şey ala bilən ata…Onun həyatında başqa heç nə yox idi qan içində bir adama kömək etdiyini uzun müddət danışacaqdı.İllərdən bəri həyatında ilk dəfə maraqlı bir şey olmuşdu. Yəqin itlə mən bu adam üçün döyüşürdük ki, ən azından itdən fərqli olduğunu anlasın.

Gözlərim yumulur deyəsən öləcəm…

(c) Saleh Mehdizadə

İki esse
Hərdən

Hərdən bu həyatdan getmək fikrində olanda gedim-qalım səbəblərini barmaqlarınla saymağa başlayarkən getməyə səbəblərini hesablanacaq barmaqların yetməyəndə qorxuya düşdüyün anlar olub?

Hərdən sənin özün haqda fikirlərinlə, digərlərinin sənin haqda fikirləşdikləri arasında antonimliyi hiss etmisən?

Hərdən güzgüdəki adama nifrət edib, yazığın gəlib, üstünə qışqırıb, könlünü almısan?

Hərdən bəzi qızların yanındakı nişanlılarını, sevdiklərinə görə yox, aksesuarlarına uyğun olduğuna görə gəzdirdiklərinin fərqinə varmısan?

Hərdən öz bədənindən çıxıb, özünlə üz-üzə danışmaq eşqinə düşmüsən?

Hərdən vicdan mələyin səni sabah bir pis iş tutmaq fikrində olduğunu gözlərinin dərinliklərində oxuyanda, səni bu fikirdən daşındırarkən onun ağzını möhkəm-möhkəm yummusan?

Hərdən bir iş görmək haqqında ideya onun fürsətini əldən verəndən sonra sənin ağlına gəldiyin gün özünü asmaq istəmisən?

Hərdən dostlarından çox, zəhlən getdiyin bir adamdan ötrü darıxmısan?

Hərdən oxuduğun kitabları yandırıb, onların istisinə qızınmaq ağlına gəlib?

Hərdən doğum xəstəxanasında anana səni səhv gətirdikləri halda və ata-ananın əslində tamam başqa insanlar olduğunu düşünmüsən?

Tənha qayıq

Hər birimiz bu dünyaya tək gəlib, tək yaşayıb, tənha ölürük. Hamımızın boyuna bu dünyada bir tənhalıq libası biçilib. Bu libası geyinib, soyuna bilmirik. Hamının əcaibcəsinə tənhalaşma xəstəliyi var. Tək qalmaq yox, tənhalaşma. Əslində, cüt yaranan varlıqlarında da zatında bir tənhalıq duyğusu var. Hamı tənha qalmaq istəyir, amma tək yox. Tənhalıq – otaqda var-gəl edə-edə özünü dünyanın ən tənha adamı hiss edərkən, otağının qapısını açıb, digər otaqdakı yatanın hənirtisini duyanda xoş olur. Tənhalıq – oturduğun soyuq otağın divarlarında bir rəhimsizlik, dəhlizə çıxanda belə heç bir hənirti duymamaq, hətta eyvana belə çıxıb qışqıranda səsinə ancaq gecə boğuşan pişiklərin miyoltusu əks-səda verəndə dözülməz olur. Tənhalıq – bir nostalgiyadır. Nə vaxtsa səni sevənləri və sən sevdiklərini düşünmək, insanın bilərəkdən özünə əziyyət verməsi, yeknəsəqlikdə bəlkə də bir əyləncə tapma istəməsidir. Tənhalıq dəliliyi – ən çox hissləri korşalan insanlarda kəskin şəkildə özünü göstərir. Hissini, arzularını, bir yığın ehtiraslarını, yuxularını özündə boğan bir adamın ki, üzünə tüpürmək istədin, oturduğun kreslo qoymadı, bir vaxt ki, sevdiyinin dodaqlarından eləcə küçədə öpmək istədin, abır-həya, nə bilim, mentalitet qoymadı, bir yığın ağsaqqal və ağbirçəyin sənə uzun-uzadı nəsihət verərkən, onlarını nəsihətləri qarışıq, cəhənnəmə göndərməyinə tərbiyən mane oldusa, onda əzizim sən əsl impotentsən. Emosional impotent. Lüğətə baxma, orada bu söz yoxdur. Amma sən onun anlamın öz çər dəymiş həyatında hər gün başa düşürsən.

Hamımız həyat adlı okeanda üzən tənha qayıqlarıq. Hərəmizin öz yuxusu, öz nağılı var. Hərdən bu tənha qayıqların burunları bir-birlərinə biz istəmədən belə okeanın dalğaların şıltaqlığına dözməyib, sürtünür. Və qayıqımıza yeni bir sərnişin qəbul edirik. Müəyyən bir vaxta, zamana, tənhalıq xəstəliyimiz başladı, vəssalam, sərnişini düşünüb, qayıqlarımızı burunlarını bir-birlərindən ayırıb, yolumuza davam edirik.

Mənə öz yuxunu danış, yozmaq istəyirəm. Mənə ən gizlin duyğularını anlat, hiss etmək istəyirəm, mənə sevməyi öyrət, tənhalığını bölüşmək istəyirəm.

(c) Günel Eminli

Çirkli, dar paltar altında təmiz, azad dünya…
“Parklar insanları rahatlaşdırır. Düşünürsən ki, sənin hıçqırtı dolu  səsin yayılacaq parkın genişliyində… Boşluqda əks-səda verib azalaraq yox olacaq. Bəlkə də insanları rahatlaşdıran parkların boş, geniş olması deyil, dünən axşam parkı tərk etmiş uşaqların səsləridir… Ağacların arasında hələ də yayılan səsləridir… O həmin səslərdir ki, sənin göz yaşılarını bir toxunuşla qurudur. O həmin səslərdir ki, hıçqırtılarını öz gülüşü ilə boğur…”

Bir skamyada oturmuşam. Həmişə ürəyim sıxılanda oturduğum skamya ilə dərdləşirəm yenə… “Niyə insanlar başqalarının həyatına qarışırlar ki? Hər kəs öz taleyini yaşamalıdır, hər kəs də öz əməlinə görə özü cavab verəcək, bəs onda insanlar niyə başqalarının həyatına qarışırlar ki?” deyə düşünürəm. Skamya isə yenə də cavab vermir. Belə baxanda haqlıdır da, nə etsin ki?! Onun taleyi insanlara oturacaq olmaqdır.

Mənə elə gəlirdi ki, parkda məndən başqa heç kəs yoxdur. Ağaclığın arxasındakı skamyada bir – birinə sarılıb, yuxuya getmiş qız və oğlan vardı. Üst –başları çirkli bomjlar…

Beynimdə min fərziyyə yarandı. “Yəqin, evlidirlər, bir – birlərini hələ də sevirlər, sadəcə pulları yoxdur deyə küçə həyatı sürürlər, bəlkə də qızın ailəsi kasıb olduğundan oğlanın ailəsi bu evliliyə razı olmayıb və onlar da sevgilərinə “məğlub olub” parkda yaşayırlar. Bəlkə də əksinə…Ola bilər ki, oğlan qızı qaçırdıb və düşünüb ki, Allah ruzini harda olsa da verəcək və bura gəliblər”… Hər halda çox xoşbəxt görünürlər!

Birdən oyandılar yuxudan. Yəqin bütün bomjlar bu vaxt oyanır, bütün şəhər yatanda…

Mənə yaxınlaşırdılar. İçimdə bir qəribə hiss vardı. Yox, bu qorxu deyildi. Nə isə maraq hissinə oxşayan bir hiss idi.Amma maraq hissi də deyildi.

Yaxınlaşıb:

Oğlan: Burda neyləyirsən bu vaxt? Saat hələ 4dür. Qaçmağa gələn insanlar 6da, 7də gəlirlər.

-Heç. Ürəyim sıxıldı…

Oğlan: Uşaqsan hələ. Nə yaşın var ki, ürəyin sıxılır?

-Bilmirəm… Siz burda neyləyirsiz ki?

Oğlan: Yaşayırıq…

Beynimdə fərziyyələr artmaqda idi. Görəsən niyə burda idilər? Dayana bilmədim və soruşdum:

-Siz niyə burdasınız?

Hər ikisi gülümsədi və yanımda oturdu.

Oğlan: Biz insanlarla mübarizə aparırıq – mənim tərs-tərs baxdığımı görüb gülümsədi və yenidən sözünə davam etdi – Bəli, Don Kixot kimi görünsək də, biz mübarizə aparırıq. Biz “böyümüş” insanlardan qaçdıq və mübarizənin mümkünlüyünü göstərməyə  çalışırıq.

- Necə yəni? -oğlanın sözünü kəsərək həyəcanla dedim.

Oğlan: Hər şey uşaqlıqdan başladı. O günlər elə gözəl idi ki. Uşaqlarla yığışıb qatar relsinin yanındakı bağa meyvə oğurluğuna gedərdik. O hisslər elə saf idi ki. Tut, alça yığardıq… Ağaclar sanki vermək istəmirdi meyvələrini. Əllərimiz, qollarımız kəsik-kəsik idi ağaca çıxınca. Dizlərimiz isə çoxdan qandan qabıq bağlamışdı. Biz isə sanki ümidlərimizi dərirmiş kimi mübarizə aparırdıq ağacla. Qalib gəlirdik sonda. Arada ağacın budaqlarını da qırırdıq, gələn ili düşünmədən…Ağacdan tutu yığınca üst – başımız ləkələr içində qalırdı. Əlimizi elə asanlıqla köynəyimizə silirdik ki. Dodaqlarımızda tutun ləkəsinin altından gülüşümüz görünürdü. Bəzilərimizin heç boyu çatmırdı. Gizlincə yerdən yığırdı meyvələri, günah işlətmiş kimi…Bir az da utanaraq… Köynəyimizin aşağı hissəsini bir qədər yuxarı qaldırıb, meyvələri ora yığırdıq. Birdən qatar keçirdi bağın yanından. Çətinliklə yığdığımız meyvələri elə asanlıqla qatarın arxasınca atırdıq ki. Çoxu isə yerə dağılırdı…Sanki həmin meyvələri qollarımız cızıla – cızıla yığmamışdıq, naşükürcəsinə elə atırdıq ki qatarın arxasından…

Sonra böyüdü əllərimiz, ayaqlarımız… Üstü ləkəli köynəklərimiz dar qalstuq, köynəklə əvəz olundu. Daraldı dünyamız! Sonra “OLMAZ”lar artdı. Onsuzda qəfəsdə yaşadığımız həyatda daha kiçik qəfəsə girmək lazım deyildi. Və mən evdən qaçdım…

- Böyümək o qədər pisdi ki?

Bilirsən, insanlar böyüdükcə onların arzuları kiçilir?! Uşaq ikən hüquqsünas, həkim olmaq istəyirdik. Böyüdükcə isə bir qarın çörək üçün, uşaqlar ac qalmasın deyə fəhlə olmağı belə arzulayırıq. Gözlərimiz də korlaşır. Ayaqqabımızın altındakı saqqıza yapışan manatı belə görməyəcək qədər korlaşırıq. Məsuliyətimiz o qədər artır ki.

İnsanlar “böyüdükcə” bu uşaqlıq oyunlarını yenə oynamağa başladılar. Taxta oyuncaq silahlar Kalaşnikovlarlarla əvəz olundu. Bir vaxt alça ilə qatara “hüçum edənlər” indi metro bombalayır. Uşaq ikən şar partladırdıq, indi izə Ozon qatını deşik – deşik etmişik. Dəniz kənarında qumdan evlər düzəldirdik, indi bu evlərin daha böyüyünü düzəldirik və kimlərinsə başına uçur. Belə… Sonra mən Günayla tanış oldum. O gündən biz birlikdə bunlara qarşı mübarizə aparırıq. Uşaqlıqda oynadığımız oyunlar öz saflığını itirməsin, heç kimə bir zərər verməsin deyə…

Nə deyəcəyimi bilmirdim. Söhbəti bir qədər dəyişmək istədim.

-Xanımla harda tanış olmusunuz? -qızı işarə edib dedim.

Oğlan : Xanım…-gülümsəyərək dedi. O həqiqətən də xanımdır. M.Ə-nin  qızıdır. (M.Ə Azərbaycanın ən məşhur iş adamlarından biri idi həqiqətən də)

Fikirlərim çox qarışmışdı. Nə deyəcəyimi bilmirdim.

- Nnnn…ee.cəə?

Qız: Hər şey birdən baş verdi. Mən rəfiqələrimlə gəzirdim mərkəzi küçələrin birində. Təsadüfən çıxdı qabağıma, mənə toxunduğuna görə əsəbiləşmişdim də. Döngədə birdən qarşıma çıxdı. İndiyə kimi xatırlayıram aramızdakı dialoqu:

Q: Korsan? Qabağıva bax daa. Bunun üst – başına bax. Toxunma mənə çirkli əllərinlə…

O: Bağışlayın, görmədim..

Q: Məni görmədin? Sən bilirsən mən kimin qızıyam?

O: Mən gəzən pul qəfəsindən başqa heç nə görmürəm…

Q: Sarsaq! Özünü nə sayırsan?

O: Siz atanızın sizi saldığı pul qəfəsindən başqa heç nəyi görməyəcək qədər korlaşmışsınız…

-Orxanın sözləri məni sarsmışdı. Ağlayaraq qaçdım ordan. Üstündən bir – iki gün keçmişdi, gəldim Sabir parkına…Onu görmək ümidilə…Ordaydı. Sonra danışmağa başladıq. Mənə həyatını danışdı. Arzularını, uşaqlığını… O gündən mən yerimin onun yanı olduğunu anladım…

PS: İNDİ ONLAR SABİR PARKINDA YAŞAMIR. HARDA YAŞADIQLARINI ÖYRƏNMƏK İSTƏYİRSƏN?

(c) Musa Əfəndi

Seç ki!
Hər şey bu dünyaya gəlməyimizdən başladı. “Seç!”,- dedilərmi yaşamla ölüm arasında-yox! Seçdi Tanrı bizim üçün bu dünyanı. O dünyakı insanın olduğu yerdə pislik durur, pisliyin ayaq açıb yeridiyi yerdə isə ədalət şikəstdir. Yaşayaraq ölümə getdiyimizi bilirdik. Ölümsə yaşamağımıza mane olmadı. Yaşadıq və seçdik..

“Seç!”, – dedilər hörmətlə rüşvət arasında. Beşikdən yeşiyə rüşvətlə başladıq, istəyərək, ya istəməyərək, ya da onların istəyi ilə, amma seçdilər rüşvəti bizim üçün doğulduğumuzda xəstəxanada başlayan muştuluq kampaniyası  və ölərkən mollaya verilən gözaydınlığı ilə.

“Seç!”, – dedilər laylayla, serial arasında. Seçə bilmədik birincini, seçdilər yerimizə ikincini. Dedilər, nə fərqi var ki, ikisi də yuxuya verir səni. Hələ də mürgülədir bu seriallar məni ona uyan millətimiz kimi.

“Seç!”, – dedilər istəyimizlə istəklərin arasında. Seçə bilmədik seçdiyimizi. Seçdiklərini seçdik.  11 illik məktəbi, mütləq bitirməli olduğumuz universiteti, Bakıda çəkəcəyimiz əsgərliyi, evlənəcəyimiz halal, amma verdiyimiz cehizləri haram etdiyimiz qızı, bir il içində görməli olduqları nəvəni də onlar seçdilər.

“Seç!”, – dedilər əxlaqla əxlaqsızlıq arasında. Küçə qadınından heç bir fərqi olmayanı xalqımızın artisti, sirk ustası edib digərinə qıyğacı baxdıqda, bakirəliyi dəbdən saldıqda seçdik əxlaqsızlığı. Bakirə qalan Qız Qalasını da ləkələdik evroremontla, evrogeyim ve evromakiyajla ləkələnən qızlarımız kimi.

“Seç!”, – dedilər nəğdlə kredit arasında. Seçdik krediti, verdik hər şeyi xırda-xırda. Seçdik “Hərəyə Qarabağdan bir ovuc kampaniyasını”, verdik kreditə 8 rayonu, zurnanın müşaəti ilə çalacağıq İnşəAllah ipotekayla verəcəyimiz Bakının toyunu.“Seç!”, – dedilər “Qubadlı”, “Zəngəzur”, “Qarabağ”, “Zəngilan” və sair kimi restoranlarda qaytağı ilə şikəstə arasında. 10 manata zakaz verib qoyduq çolaq Qarabağda vuruşanın şikəst əlin, sınmış qəlbin.

Deyirlər, payız da gəldi. Heç seçmədik də onu, gəldi özü üçün, başımıza gələnlər kimi. Düşünə-düşünə Moşunun xoşbəxtliyə axtarıb tapmadığı qafiyənin gününə düşməmək üçün seçdik susmağı, çünki onu bizim yerimizə seçmişdilər.

Payız gəldi. Nə edək, istədik, istəmədik onsuz da o gəldi. Elə ölkəmizə həftə səkkizməndoqquz təşrif buyuran 3 qardaş kimi. Qonaqlı-qaralı olanda nə olar ki, gərək üzümüz qara olmasın bu qonaqların yanında.

Payız gəldi, onlar da gəldi, gəlir, gələcəklər də. Deyəsən, yol Qəçrəşə gedir. Uzunmüddətli ağır işdən sonra istirahət etməlidir bu yazıqlar, ya yox?! Onlar bizi yaman tərlədib, pörtlədib, buxarlandırıblar. Allah da onları buxarlanmaqdan qorusun! Qınamayın bizi, seçim bizim deyil, Vallah, seçiblər yerimizə, elə onların yerinə də.

Payız gəldi. Nə edək, onsuz da istədik, istəmədik o gəldi. Nə olsun, Brayze qrupunun solistləri kimi həftədə 4 dəfə gəlib getməsələr də, uçan “tarelkalar” da bizə gəlib gedir. Görəsən, hansı məqsəd güdürlər, o da bəlli deyil. Deyirəm, yel əsib, qoz tökülüb, yığanımız yoxdur. Başı bədənindən böyük olub, mavi rəngə çalan bu “yaratıklar” burunlarını Azərbaycana soxsalar da, təəccüblənmədilər. Niyə təəccüblənsinlər, rəngləri rəngimizə, iyləri iyimizə, ağılları da ağlımıza uyğun. Di gəl ki, başımız böyük deyil. Ona görə də bizi görən elə deyir ki, bu millətin ağlı yoxdur. Bu millətin ağlı yoxdursa, bəs nəyi var? Bilmirik nəyimiz var, nəyimiz olur-olsun, əsas odur ki, seçənlər seçib yerimizə, seçməsək də olar.

Payız gəldi. Nə olsun ki, burnuma da Xəzərin iyi gəldi. O Xəzər ki, azar olub düşüb canımıza, bizi soyuq payız günlərində bir az da üşüdür. Bölüşdürülə bilməyən, neft məhsullarını satıb əvəzinə də sabun köpüyü kimi itib-batan varlığa sahib olduğumuz, içindən balıq əvəzinə ayaqqabı tutduğumuz, çıxardığımız gölümüzün qoxusu gəldi burnuma. Gəlsin, iyi də ki biz seçməmişik. Onu da seçiblər yerimizə.

Payız gəldi. Nə olsun ki, məni dənizə aparan, villalar qəsəbəsinin içindən keçən yollar da ağlıma gəldi. Vallah, bu villaların qəbirdən heç bir fərqi yoxdur. Hər ikisi çoxmərtəbəli, hər ikisi “evro remont”, hər ikisi öz sahib və ya sahibəsini gözləyir. Sadəcə, birini açıb tabuta, digərini açıb evə girmək lazımdır. Binalar ucalır, qəbirlər ucalır, insanlar alçalır. Bu qanunauyğunluq da bizim deyil. İnanın! Onu da seçiblər yerimizə.

Payız gəldi. Nə olsun ki, hər kanalizasiya “luku”nun içindən də bir istedadın iyi gəldi. Hər müxalifət mövqeli jurnalistin də “mavi” olduğunu biləndə başıma hava gəldi. Görəsən, Azərbaycanda həmrəng olmadığım neçə insan var?

Gələ-gələ hamı, hər kəs, hər şey başımıza gəldi. Gəlməyən bir Qarabağdır. Seçkiqabağı “Qarabağı” geri almağa söz verənlərin siyahısı azmış kimi fantastik qiymətlərə tikilən, 2 gündən sonra daşıdığı ağırlığa dözə bilməyib ortasından çat verən körpülər, ürəyimizə və gözümüzə su çiləmək üçün işə salınan fontanlar, tikilib-sökülüb, yenidən tikilən binalar, başına torba tikilən abidələr də adamın üstünə-üstünə gəldi.

Gəlir-gəlsin. Onsuz da payız da gəldi. Nənəm demişkən, hələ qurd keçinin harasını yeyib ki, durub biz də payızın gəlişini iki gözümüz, iki qulağımız və sairə yerlərimizlə gözlədik.

Oxun nə günahı var ki, yay əyridir. Əsas nişançı məqsədinin düz olduğuna inansın. O zaman ox öz hədəfini düz ortasından vuracaq. İndi deyirəm, bizim nə günahımız var ki, payız gəldi. Onun gəlişini ki biz seçməmişik? Əsas odur ki, yağış olmayan təpəmizə vurub olan-qalan ağlımızı da əlimizdən almasın. Yoxsa, başımıza gələn daşlar və ələnən küllərin sayı da artacaq. Artsın, Qarabağdan hay, qaçqın və məcburi köçkünlərimizdən “vay” gəlməyəndən sonra, nəyimə lazım ki, payız gəlib.

Sorğu keçirdim. Seçdiyim sualı seçilmiş gənclərə verdim. Yaş auditoriyasının bu cür seçilməsi də təsadüfü deyildi. Axı, hər şey seçdiyimiz və bizim üçün seçilən zərurətə bağlıdır. Orta və yaşlı nəsil artıq özü düşünmür, seçilmiş düşüncələr yeriyir beyinlərində. Mənsə 10 gəncə : “Ən doğru və ən yalnış seçiminiz nə olub?” sualını verdim. Cavabları olduğu kimi sizə təqdim edirəm:

-   Leyla, 21 yaş – Başqalarına qarşılıq gözləmədən kömək etməyim ən doğru, insanları dəfələrlə bağışlamağım ən yalnış seçimim olub.

-  Anar, 22 yaş – Özümü seçməyim ən doğru, həmişə özümü seçməməyim  ən yalnış seçimim olub.

-   Cavid, 20 yaş – Başqalarına qulaq asmamağım, müstəqil qərar verməyim, məncə, doğru seçimim olub. Ən yalnışı olmayıb, amma səhv saya biləcəyim işimdə mənim seçmədiklərimin məni seçmələri olub.

-  Şəfəq, 21 yaş – Universitetə qəbul olmağım həyatımda etdiyim ən doğru seçimdir, jurnalistika ixtisasi üzrə təhsil almağım isə ən səhv seçimim olub.

-  Zümrüd, 22 yaş -  Ali təhsil almağım, düşünürəm ki, doğru seçimimdir. Yalnışı isə istəmədiyim fakültədə təhsil almağımdır.

-  Vüsal, 21 yaş -  Heç vaxt özüm seçməmişəm. Həmişə valideynim yerimə seçib.

-  Xəyal, 22 yaş – Ən doğru seçimim İslam dinini seçməyimdir, ən səhv seçimimim olması isə ağlıma gəlmir.

-  Gülnar, 22 yaş – Vaxtımı boş keçirməyim ən səhv seçim olub, ən doğrusu isə ali təhsil alamğımdır.

- İlkin, 23 yaş – Dostlarım ən doğru seçimim olub, sakit həyat tərzini seçməyim isə ən yalnışı olub. Çünki sakit həyatın mənə görə olmadığını bilirəm.

- Anar, 21 yaş – Bu gün Azərbaycanda biz seçmirik, nəyisə yerimizə seçirlər. Yaxud da seçdiyimiz alma ağacından dərilən çürük meyvədən başqa bir şey deyil. Ən yaxşılarını ağacın başına çıxarıblar.

Onlar bu fikirləri seçdilər. Nəticəni də siz çıxarın. Siz seçin, seçdiyinizlə seçilin.  Sizin üçün seçilənlərlə deyil. Necə ki:

- Rüşvəti hörmət

- “şirvan”ı vicdan

- dilənməyi qazanmaq

- seçdirməyi seçmək

- yatmağı düşünmək

- Ayda torpaq almağı, Qarabağı almaq

-  Günahlandırmağı bağışlamaq

- Maşını məhəbbət

-  Nifrəti sevgi

-  Sərt əxlaqı yumşaq qeyrət yerinə seçdilər.

Oxudum ki, “Prezident yenə prezident  oldu”.  Seçdik, seçildi, ya seçdilər, bunun heç bir fərqi yoxdur. Əsas odur ki, xeyirli olsun. Bizim üçün bu günə qədər seçilən seçilmişlər kimi, ya ondan fərqli?!

© Nərmin Nöqtə