Kultpress.com » Dramaturgiya

Ən gözəl lazımsız şəkil
– Diqqətlə baxın, xahiş edirəm… Baxın, oğlandı… XXI əsrdə cavan oğlan, məktəbli… İlk olaraq ayaqqabısına fikir verin- qara, sadə…. Hələ şalvarı- heç kimin ağlına gəlməz… 2007-ci il, qara trapez şalvar və qara ayaqqabı-uzunburun… Baxın- baxın…. Hələ köynəyi- ağ rəngdə…

– Yanındakı?

– Ağacı deyirsiniz?

– Yox əşşi… Qızı deyirəm…

– Bilirəm, ilk baxışda hamının diqqətini elə o çəkir… Əsas da o manyak baxışları.. Amma siz bir ağaca baxın: İlahi, çinar ağacı… Yuxarısı çəhrayı, aşağısı ağ gövdə- əhənglə ağardılmış… Necə də incə bir sənət nümunəsidir… Hələ yarpaqlar- yamyaşıl… Diqqətlə baxın, heç bu kiminsə ağlına gələrdi? Yamyaşıl yarpaqlar..

– Əşşşi…

– Səbr, səbr… Hələ buna baxın… Arxa planda ağappaq “07”… Qapqara qaraldılmış təkərlərlə… Hələ oturacaqları- ağ plastikdən… Bəli- bəli plastik… Qaqaş özü qoydurub… Kafedəki stullardan… Dəri oturacaqları çıxartdırıb, mırta, plastik oturacaqlar qoydurub maşına… Hələ onların ortasındakı bəzək- qapqara…. Hələ qabaq işıqları- qapqara… Diqqətlə baxın: işıq, amma qapqara…

– A kişi….

– Bir az səbr et. əzizim. Bax, sən Allahın, oğlanın qaşlarına bax…

– Nə dəxli var?

– Bax da, qara ayaqqabı, qara şalvar, ağ köynək və kimin ağlına gələrdi: qapqara şəvə kimi can alan gözlər və qaşlar… Buna deyərəm “stilni”… Hələ qıza baxın…. Yox, buludlar yaddan çıxdı- ağappaq… Təsəvvür edirsiz də- ağappaq buludlar… Möcüzədi….

– A kişi….

– Əşşi tələsmə görüm… Qıza bax: qara ayaqqabı- heç kimin ağlına belə gəlməz, ağ corablar, ağ və qara damalı yupka, ağ kofta… İnanın mən bu fotonun qalib olacağına inanıram….

– Mən isə inanmıram ki, bu heç axırıncı yeri tutacaq…

– Əşşi nə danışırsan… Sən hələ qızın gözlərinə fikir vermisən?

– Nədi ki?

– Bax da… Qara yupka, qara ayaqqabı, ağ köynək, 2007-ci il və qızın qıpqırmızı gözləri…

– Bu nədi belə, bunun niyə gözləri qızarıb?

– Əşşi aparatın qırmızısı düşüb gözlərinə. Təsadüf və buyrun, əsl incəsənət əsəri- evrika… Manyakdı ee, qız deyil..Qaniçəndi, qaniçən… Onun baxışlarına bax-Fotoqrafı dirigözlü yeyir…

– Siz məzələnirsiz?

– Nə danışırsan? Bu foto mənim şah əsərimdi. Hələ bir bura baxın, onlar harada durublar?

– Cibimdə… Mən nə bilim bura haradır….

– Yox, yox… Məkanın fərqi yoxdur. Fikir verin, deməli qara və ağ rəngli geyimlərdən ibarət bu görüntü, 2007-ci il, amma harada? Boz asfaltda…. Doğrudanmı ironiyanı hiss etmirsiz?

– Yox…

– Ə bir dayan görüm ey… Bura bax əzizim… Bax… Heç əsas məsələdən xəbərin yoxdu ki… Səni kim oturdub ee bu münsiflərin yerində… Sənin heç başın çıxmır ki şəkildən…

– Necə bəyəm?

– Ə bura bax. Çınarın altı. Niyə? İstidi. Düzdü? Maşının da şüşələri enib. İstidi. Asvaltdan dəm qalxır. Düzdü?

– Noolsun?

– Oğlanın burnunda təri görürsən?

– Tutaq ki görürəm…

– Incəlikdi… İncə işdi… İncəsənət əsəridi…. Hələ Günəş…

– Doğurdan aa, hanı günəş?

– Görürsüz, yoxdu!… Halbuki onlar kölgədə durublar, halbuki oğlan tərləyib… Halbuki…

– Əşşi, günəş hanı? -kişi əməlli başlı hirsləndi, — Günəşi göstər mənə!

– Görürsən, əla əsərdi…. Günəş yoxdu…. Günəşi fotoşopla götürmüşəm… Hər tərəf işıqlıdı, dəhşət istidi… Nəfəs almaq olmur… Göydən və insanların sifətindən zəhrimar yağır…. Amma günəş yoxdu… İncəlikdi ee bu… Xüsusən də günəşin yoxluğu… İncəliyi hiss edirsiniz?

– Yox, mən bunu müsabiqəyə buraxa bilmərəm… Qondarmadı…

– İncəsənət əsəridi….

– Siz axı hansı ağılla günəşi götürmüsüz?…. Kim icazə verib sizə ki, insanları günəşdən məhrum edirsiniz?

– Sən deyəsən heç nə başa düşmürsən… ”İroniya sudbı” da, yəni talenin, fələyin zarafatı, istehzası, yumoru, daha könlüm sənə desin, mırtı, məzəsi… Yəni təbiətin şıltaqlıqları…

– Məmməd…- münsif kimisə çağırdı.

Otağa balacaboy, amma kötük kimi biri girdi.

– Bəli Səid müəllim…

– Rədd eləyin bu dəlini burdan….

Səid müəllim ayağa durdu. Pultdan kondisioneri söndürdü. Pəncərəni açıb pərdəni araladı. Başı partlayırdı…

– İt oğlu it…. Başım partladı ki…

Əlini gözünün üstünə tutdu ki, günəşin gözyandıran şüalarından gözlərini qorusun. Diqqətlə aşağıda, əlində şəkil, başını yellədə- yellədə gedən bayaqkı fotoqrafa baxdı. Bərkdən dilləndi:

– Axmaq oğlu, axmaq…

Qapı açıldı və bayaqkı “kötük” yenə içəri girdi:

– Səid məllim, məni çağırmışdız?

Başını yellədi. Əlinin biri qaşlarının üstündə, günəşin altında od tutub yanan küçəyə baxırdı ki, o parlaq işıqların altında- günəşin altında bir yağış başladı ki, gəl görəsən. Tut ucundan, dırmaş yuxarı. Gözlərinə inana bilmirdi. İlk dəfə idi belə bir şeylə qarşılaşırdı: eyni zamanda həm yağış yağır- özü də necə, həm də günəş gözlərini qamaşdıracaq dərəcədə işıq saçırdı.

Ağzı açıq qalmışdı.

“İroniya sudbı” düşdü yadına…

– Məmməd…

– Bəli Səid müəllim…

– Qaytarın onu- əli ilə aşağada, yağışın altında və eyni zamanda günəşin altında qaça- qaça döngəni dönən fotoqrafı göstərdi…– Tez eləyin…

Fotoqraf qapıdan içəri girdi və maraqla Səid müəllimə baxdı. Səid müəllim birdən danışmağa başladı:

– Mən o şəklin mənasını indi başa düşdüm… Gözəl şəkildi. Cavan oğlan, cavan qız, məktəbli forması, hələ ağac, İlahi, mən hələ belə ağac görməmişəm… Hələ boz asvalt, qızın gözlərində qırmızı, oğlanın qara qaşları və talenin, necə dediz onu? İroniya, talenin ironiyası, gülüşü, yəni bütün bunların üstündə bir Günəşin yoxluğu, sanki xeyir- duanın yoxluğu.. Doğrudan gözəl şəkildi…. Hələ buludlar, ağappaq- yəni gələcəyə ümid, ağappaq, işıqlı ümid… Ağ “07”- sanki bir uçan xalça, arzular, xəyallar… Hələ siz bir şeyi unutmuşduz…

Fotoqraf susub gözlərini döyür.

– Bilirsiz nəyi? Oğlanın qızın əlindən tutmağını, yəni qətiyyət, məqsəd, hələ rəngli şəkildə ağ və qara rənglərin qarışığı- həyatın iki üzü, şahmatın damaları… Bir sözlə, ideal şəkildi… Mən hələ fikir verdim- oğlanın köynəyinin düymələrindən biri qırılmışdı, ona göyə yaxası açıqdı- yəni bir tələskənlik var sanki oğlanda… Bunu sözlə ifadə eləmək mümkün deyil, bunu hiss eləmək lazımdır… Hələ sizin qeyt etdiyiniz o incəlik: oğlanın burnunun üstünün tərləməyi… Yox, qardaş, mən səhv eləmişəm, bu şəkil birinci olacaq… Ən azından ona görə ki, şəkildə təsvir olunanları hamı yaşayıb- məktəb illəri, ilk sevgi, son zəng… Sən dahisən… Sənin xətrinə dəydim bayaq..

Səid müəllim yaxınlaşıb onu qucaqlayır, bir az da kövrəlib. Fotoqraf isə key kimi əlləri yanında dayanıb.

– Xətrinə dəyməsin… Bayaqdan min dənə şəkilə baxmışdım, hamısı da gic-gic şeylər. Yorulmuşdum… Şəklin gözəlliyi mənə çatmırdı… Hələ o maşındakı plastik stullar- adi çayxana stulları, yəni qondarmalıq, geydirməlik və onunla yanaşı original, dəyişilməz, ölməz təbiət, həmişəki kimi, əbədi təbiət… Dəhşət şəkildi o… Ay Məmməd…

– Bəli Səid müəllim…- “kötük” yenə içəri girir.

– Nəhayət, ay Məmməd, nəhayət axtardığımı tapdım…. Bax budu- fotoqrafın əllərinə baxır- şəkili göstər ona…

Fotoqraf susur. Məzlum- məzlum Səid müəllimin sifətinə baxır.

Səid müəllim iki saniyə susur və birdən qışqırır:

– Şəkli göstər, hanı şəkil?

– Cırdım…- fotoqraf sakitcə dilləndi- hirsləndim və cırdım,- bir az da gülümsəyir- demişdim axı, talenin, zamanın məzəsi, mırtı…

Səid müəllim bir anlıq duruxur. Sonra asta-asta kreslosuna çökür. Fotoqrafa baxır, Məmmədə baxır, sonra kabinetinin divarlarına vurulmuş şəkillərə. Yavaşca əlini yellədərək onları otaqdan çıxardır. Yenə pəncərənin qabağına keçir.

– Axmaq oğlu axmaq…- yenə də fotoqrafın başını yellədə- yellədə getməyinə baxıb pıçıldadı.

– Səid müəllim, məni çağırmışdız?- yenə “kötük” girir içəri.

– Yox, əzizim… Bu günlük azadsan…- əlini havada yellədir.

“Kötük” otaqdan çıxır.

Yenə yağış yağır. Ancaq artıq günəş yoxdu. Sadəcə yağışlı havadı.

Artıq talenin məzəsi də yoxdu. Və elə bil ki, heç nə olmayıb. Şəkil də yoxdu artıq- talenin məzəsinin guya ki, göstəricisi olan şəkil. Şəkil elə özü talenin məzəsinin qurbanı oldu. Heç əslində gözəl də deyildi o rəngli dünyanın ağ-qara şəkli…

Kimə lazım idi axı? Ay nə bilim qızın manyak gözləri, oğlanın qırılmış düyməsi, ya da onların başı üstündə olmayan Günəş! Kiməsə lazımdı bu?

Heç kimə….

Bəs onda kişini təzədən niyə çağırtdırmışdı? Bu Səid müəllimin özünə də çatmırdı.Ya da ki, o özü də, fotoda və ya həyatda Günəşin insanlara lazım olub- olmadığını bilmirdi…

(c) Zərdüşt Şəfizadə