Chat evimizi yıxacaq…

Chat evimizi yıxacaq…

Azərbaycan-Odlar yurdu. Sən bir sözdəki mənaya bax. Əcəb işdi VALLAH.
Son illərdə Azərbaycanda boşanma halları narahatlıq doğuracaq dərəcədə çoxalıb. Bunu Sovetlər dönəmində baş vermiş boşanma halları ilə müqayisə etsək onda görərik ki,səbəblər tamam başqadır. Hal-hazırki boşanma hallarının bəzi səbəbləri də internet saytlarında olan chat boşboğazlığıdır. Nəyin ki, boşanma halları, cinayət işlərinin də bəzi səbəbləri chatdakı təhqiramiz ifadələrdir.
Nə isə… Sözüm onda deyil. Sözüm ondadır ki, chat çıxardanın ALLAH evini başına yıxsın. Axı, niyə yıxsın? Chatı yaradan,axı,hardan biləydi ki, bizimkilər onu vəhşi kimi mənimsəyəcək? Məncə, indi söhbət açacağım problem təkcə bizdə deyil. Başqa ölkələrdə də var. Chat-sözünün mənası məncə söhbət deməkdir. Özü də boş-boşuna söhbət. Sonra da deyirlər ki, indiki gənclər niyə kitab oxumurlar? Ay, qardaş caht olan yerdə kitab nəyə lazımdı? Bəs oğlanlar kimnən və ya hansı başıboş qıznan günlərini keçirsinlər? Sizdə ki, kefdən danışırsız VALLAH. Kitab oxumaqdansa gedib qıznan tanış olarlar da. Yada ki, qızlar evi yığışdırmaqdansa gedib hansısa bir təlxəyin biriynən görüşüb hələ üstəlik kef də çəkərlər. Ay, dünya, biz hara yuvarlanırıq? Təkcə söhbət eləsər dərd yarıdı. VALLAH dilim də gəlmir deməyə amma dilimə hakim ola bilməyəcəm. Hansısa gədənin biri (doğru sözümdü) gedib çatdakı qızı sevib evlənəndə belə yaşamağın içinə tüpürməyəsən neyləsən? Ay, qeyrətli qaqaş, sənin xanımın təkcə səninlə yox, sənin kimi neçə dənə boşboğazlarla kefini də çəkib, hələ üstəlik…Danışdıqca qurtarmır ki, qurtarmır. Nə isə… Nə qədər ki,chat var olacaq bir o qədər də biz dünya mədəniyyətinin yeniliklərindən kənar qalacağıq. ALLAHın bizə yazığı gəlsin. ALLAH sənə rəhmət eləsin Lenin. Sən yaxşı demisən: “Oxumaq,oxumaq, yenə də oxumaq.” Onu unutmayın ki, biz TÜRKÜK və bizim türk qeyrətimiz var. Gəlin,özümüzə qayıdaq.

(c) Orxan Zaman



Etiketlər: , , , ,



“Chat evimizi yıxacaq…” postunda 4 şərh var.

  1. Mövzu yaxsıdır, amma yazı professional deyil.

  2. Düzdür,Lalə xanım mən profeesional yaza bilmirəm hələ.Bu mənim publisistikada ilk yazımdı.Bəlkə də ona görədir.

  3. Turan:

    heç nədi

  4. Faiq:

    Yaxşı mövzu olsa da, yanaşma çox yanlışdır. Gərək müəllif bir az fikirləşsin. Fikirləri dağınıqdır.

Fikrini bildir

XHTML: Şərhdə göstərilən teglərdən istifadə edə bilərsiz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>