Musa Əfəndi – Yuxu və Hekayə

Musa Əfəndi – Yuxu və Hekayə

[yuxu]

Yuxumu suya danışdım,
Dedim hər sözümü…
Sonra bir daş atdım,
Titrətdim suyun üzünü…
Gözlərin kimi
Elə bil, çox qorxdu su,
Görəsən gördü kimi?
Axı yox idi yuxumun
Heç bir qorxusu…

[hekayə]
Bu kiçik bir oğlanın hekayəsidi…

Ekvatordan aşağıda, cənub yarımkürəsində
Hardasa afrikanın aclıq qoxan bir ölkəsində
Yerin cazibəsini hələ başa düşməyən
Qarın nə olduğunu bilməyən, soyuqda büzüşməyən
Aclıqdan havada asılı qalan
Zəif məktəblinin verdiyi sual indi də yadımdadı:

“Cənubdayıqsa niyə hər şeyə tərsinə baxmırıq?
…niyə, yuxarı düşmürük, aşağı qalxmırıq?”

(c) Musa Əfəndi



Etiketlər: , , , , , ,



“Musa Əfəndi – Yuxu və Hekayə” postunda 2 şərh var.

  1. çəkilişdə göstərdiyi köməyə görə 106 no.lu avtobusa təşəkkürlər =))
    kefim kökdü nədənsə.
     
    Təşəkkürlər, yerləşdirdiyin üçün.

Fikrini bildir

XHTML: Şərhdə göstərilən teglərdən istifadə edə bilərsiz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>