Orxan Zaman – Şeirlər

Orxan Zaman – Şeirlər

Misal həlli

Riyaziyyat müəllimlərinə

Sevgi +sevgi,
Mən + sən boyda
Kədər,
Kədər + Yeni il sevinci…
= həsrət
Həsrət- həsrət
= day bundan o tərəfəsi yoxdur…

Səni istəyirəm…

Hər dəfə…
Xəyal olub
Gözlərimin önündə dayananda
Səni istəyirəm…
Hər dəfə…
Əlçatmaz yuxulardan oyananda
Qaranlıqdan qorxan körpələr kimi
Ağlayıram…
Onlar analarını istəyir,
Mənsə, səni…

***
Qayıdıb gəlmisən…
Baxdım, üzündə acı təbəssüm donub qalmışdı
Nooldu, nə tez fikrin dəyişdi?
Dünən ayrılanda sevinən sən deyildin?
Mənə lazım deyil, yalandan ağlamağın…
Götür yerdəki göz yaşlarını,
Bir də mənə verdiyin ətirli qələmi…
O qapı, o da sən.
Çıx get.
Qapını yavaş çırp
Ürəyimi çartladarsan…


Ayrılığın sağlığına…

Götür içək,
Ayrılığın sağlığına…
Mən bir siqaret yandırım,
sonra içimdəki nifrəti
duman-duman buraxım sənə sarı.
Sonra mənə nağıl danış,
başımı qoyum dizinin üstə…
Nə göydən,nə yerdən…
Sevgidən,
yalnız sevgidən danış nağıl…
Və sonra denən ki,
“Yuxun şirin olsun”

07.01.2010

(c) Orxan Zaman



Etiketlər: , ,



“Orxan Zaman – Şeirlər” postunda 1 şərh var.

  1. Ayxan Kiçikbəy:

    Yaxşı şeirlərdi. Amma Orxan, çalış çox mütaliə elə. Bunun şeirlərinə köməyi dəyər.

Fikrini bildir

XHTML: Şərhdə göstərilən teglərdən istifadə edə bilərsiz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>