Torpaq sizin deyil, torpaq Allahındır!

Torpaq sizin deyil, torpaq Allahındır!

Hə həmvətənlərim, necə deyərlər inanıram ki, əhvalı şərifiniz yaxşıdır.Bugün  mövzu əlbətdə ki, yenə də Üzeyir bəydən olacaq. Deyəcəksiniz ki, ay oğlum, bir insandan nə qədər yazmaq olar, amma nə edim həm kurs işimdir həm də ki, belə dahi insandan yazmamaq mümkün deyil. Hansı ki,bu insan şərqdə ilk operanı yaradıb,ayaq üstə oxuduğumuz himnimizin musiqisini yazıb v.s . Digərlərini sadalamağa lüzum yoxdur, siz bu Kişinin nələr etdiyini məndən yaxşı bilirsiniz. Sizin diqqətinizə çatdırım ki, bu yaxınlarda Şirməmməd Hüseynovun “Üzeyir Hacıbəylinin nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri” adlı kitabı çıxıb ki, bu kitabın bizim jurnalistika elmi üçün böyük əhəmiyyəti var. Şirməmməd müəllimin ön sözdə yazdığı kimi, “ Üzeyir Hacıbəyli xalqımıza çox şaxəli, əbədiyaşar, zəngin bir irs qoyub getmişdir. Bu irsə ,bu əvəzsiz xəzinəyə sahib çıxmaq, onu dərindən, hərtərəfli araşdırmaq, nəşr və təbliğ etmək müqəddəs borcdur, vacib vəzifələrdəndir ”. Əlbəttə, bu sözlərə qatılmamaq mümkün deyil.O zamanın yazılarını, məqalələrini oxumaqla bu dövrümüzdəki hadisələrlə əlaqələndirib bir nəticə çıxartmaq lazımdır. Əgər sual edib sorsaz ki, nədən?!,məndə cavab olaraq deyərəm ki, o əsrin əvvəllərində olan düşmənlərimiz və onların çirkin siyasətləri indi də gündəmdədir.Elə onların havadarları kimi. Keçək məqaləyə “ ordan – burdan ” seriyasındadır ki, bu məqalədə qərb dünyasının necə   bizim  müsəlman əhalimizin dini savadsızlığından  istifadə edib, istismar edirlər. İcazənizlə, bu məqaləni iki cəhətdən, yəni həm istismar olunduğumuzdan, həmdə burada osmanlıya qərb dövlətlərin siyasətini açıqlayım və diqqətinizə bir neçə həmin məqalədən sizə sitat gətirim.İlkin olaraq, rus çar hökumətin yerləşdirmə siyasəti ilə əlaqədar olacaq.

P.S  Bizim Qafqazda da dini – islamın ehkamı “layiqincə” icra olunmaqdadır. Kəndçilərimiz də deyirlər ki: sizin flan yer mənimdir, flan yer sənindir deməyə nə haqqınız var. Halbuki , islam buyurur ki, hər bir  yer Allahındır! Kəndçilərimiz bu “ töhməti” eşidib utanırlar, əstağfürullah – deyib yerlərindən əl çəkirlər. Amma bir az keçir, baxıb görürlər ki, Allahın yeri nə tövür oldusa, qəflətən xəzinəyə məxsus oldu. Yaxud Allahın yerində Rusiya “pereselenislər”i zühur edib kəmail-qaidə və qonur ilə “ xozyayniçat” ediyorlar…
Yazıq kəndçi mat qalıb bir yerə baxır, bir göyə.
“İrşad ” qəzeti , 3 may 1906, N 103

Gördünüz ki, bu məqalədən gətirdiyim bir neçə cümlənin altında necə böyük hikmət yatıb. Bu kimi siyasətin nəticəsində bizimkilər, daha doğrusu,Qərbi Azərbaycandan köçürtdülər, Qarabağımızı işğal etdilər. Hələ mən Sovetlərə qatıldığımız zamanlarda Zəngəzur kimi torpağımızı itirilməsini demirəm. Bizlər, yəni Azərbaycanlılar, deyirlər ki, bizim doğma torpaqlarımıza kimlərinsə köçürdüb bizi həmin ərazidən didərgin salıblar. Düzdü, amma bu faktı önə çəkəndə, arxasınca bu kimi çirkin siyasəti necə həyata keçirildiyini bildirməliyik ki, bir daha Qərb dövlətlərinin “Qloballaşma” pərdəsi arxasında bu işləri bir daha təkrarlamasınlar . İlkin olaraq, onu bildirmək istəyirəm ki, 20-ci əsrin əvvəllərində, bu dini təhrifə vardırmadan insanların avamlığından istifadə edirdilərsə, indiki zamanda bu işlər üçün böyük institutlar açılır və küllü miqdarda sərmayə yatırdırlar. Son zamanlar, İraqda, Əfqanıstanda v.s kimi ölkələrdə dini avamlıq (bu sözü altını çizərək bildirirəm dini avamlığından , islamiyyətdən deyil) istifadə edərək, bizim içimizdə qardaşı qardaşdan ayrı salmaq istəkləri var ki, bu istəklərin reallaşmasında bizim mənfur düşmənlərimizin rolu kifayət qədər böyükdür. Sizin icazənizlə, mən sizi Azərbaycanda gedən proseslərdən agah edim. Mən yenə deyirəm ki, heç bir məzhəblə işim yoxdur, sadəcə bu məzhəblərdən istifadə edən xarici xəfiyyələrin işlərini qabartmaq istərdim. Bildiyinizə görə, bizim ölkədə şiə və sünnülərin sayı bərabərdir .Bu da tam normaldır, amma bəzi məsçitlər var ki, onlar xarici xəfiyyələrə işləyir və işlədikləri ölkənin siyasətini ölkəmizdə reallaşdırmaq istəyirlər. Bəzi din xadimləri kimi adlanan şəxsələr, başına on nəfəri yığaraq özlərinə sekta qayıraraq və özünə ustad dedizdirərək bizim zavallı dindən o qədərdə məlumatı olmayan gənclərimizi ətrafına toplayır və başlayır “master klasına”,yəni ustad dərslərinə. Başlayır nə başlayır, əvvəla dinin aliliyindən, peyğənbərin buyurduqlarından ağız dolusu danışır. Deyəcəksiz ki, ay kafir bəndə, bunda nə var ki, o ustad adlanan şəxsin yeri lap cənnətdir ki . Nə deyim, amma bu əvvəlidir, daha sonra öz məruzələrində bildirir ki xomeynin belə elədi, xomeynin belə buyurdu. Bizim gənclərdə düşür həvəsə deyir ki “a nə gözəl gəl birləşək bu cənnət guşəsinə, yəni İrana”. Hələ bu harasıdır, daha sonra deyir ki, “ey cəmaat, bu dunya malı uğrunda ölmək şəhid sayılmaz”. Deyəcəksiz ki, burda nə var düz deyir də .Amma bu ustad dünya malı dedikdə vətəni, torpağı da nəzərdə tutur ki, bizim gənclər də vətənpərvərlik düşüncəsini tamamilə məhv edir .Yəni, sabah gözümə döndüyüm erməniyə silah qaldırmayacaq ki, a balam bu dünya malıdır dünyada qalacaq əsas oradır, yəni cənnət .Hm…onda nə baş verəcək?Əlbəttə də ki xaos .Erməni də, gözümə döndüyüm, deyər ki,a lap əla mənə Gəncəni, Naxçıvanı, Bakını ver.Nə edirsən vətəni?Sənin 5 ulduzlu cənnətin var, bəsindir. Hm…elə bilirsiniz ki, deməyəcək? Əlbəttə ki deyəcək, son zamanacan deyibsə yenə deyəcək. Muftə torpağdan kim vaz keçərki? Unudmayın ki, Dədəm Qorqud, hələ 1500 il bundan öncə nə deyirdi?-“Torpağı qorumursansa, əkməyə dəyməz, əkmirsənsə qorumağa dəyməz”. Bu iki cümlədən mənə vaqe olur ki ,dədəm Qorqud vertalota dönüb, yəni yerində bu avamlıq(biğeyrətçilikdən) fır-fır yerində fırlanır. Bir şeyi də deyim ki, ey əhli müsəlmanlarım dünyada tanınmış sərkərdə,Mete, belə deyib:“Torpaq nə sizindir, nə də ki mənim. Torpaq qəbirlərdə uyuyan babalarımızın və axirətəcən doğulacaq uşaqlarımızındır”. Deyib, əcəb edib, əgər bu sözü sırğa edib ( demirəm ki,gedib sırğa taxasınız) qulağınızdan asmasan,fars qardaşlarımız (düşmən olsaydı daha mərifətli olardı) demişkən çifayda. Hə,hələ mən  sizə digər dini təriqətdən danışacağam ki, bu dini təriqətin insanları özlərinə “əhlisünnə”, yəni peyğənbərin davamçısı adlandırırlar. Hmm, indi bunu yazarkən hiss edirəm ki, bəzi oxucuların hirsi lap təpəsindədir və öz məshəb qardaşlarına telefonla zəng edir ki, bu kafiri tapıb cəzalandıraq .Yox qardaşım,əstafürullah, mən heç kimə qarşı deyiləm. Mən xarici xəfiyyələrə qarşıyam ki, onlar bu məshəblərin adından istifadə edib, bizi və islamiyyəti gözdən salmasınlar. Hə bunlar nə deyir? Deyir ki,gəlib bir islami dövlət quraq ki, onunda başı olsun Ərəbistan .Hələ bu harasıdır, deyirlər ki, ərəb dili müqəddəs dildir və həpimiz bu dildə danışmalıyıq ki, cənnətə gedəndə tərcüməçi bizə lazım olmasın. Hm…mənə maraqlıdır ki, mənim ulu babalarım azəri dilindən başqa dili bilməzdilər, onlar deməli orada necə dolanırlar? Onda deyirəm ki, ərəb dilini bilənlərin işi orada da fırıqdır, necə deyərlər işsiz qalmayacaqlar. Yaxşı,birincisi-cənnətdə işə nə ehtiyac, ikincisi-Tanrı cənnət dilini ərəb dili etsəydi insanlara yazığı gəlib dünyada yetkin olaraq ərəb dili edərdi. Bunu etməyibsə, deməli burada nə isə var. Deməli insan barmağı bu boxçanın içində nəsə qayırıb. Onda bəzi cibi milyardlarla dollarlarla dolu olan ərəb Şeyxlərin tamahı ölkəsinə sığmır.O, bütün islam dünyasını istəyir ki, nefti bitəndən sonra kimisə istismar edib, öz zavallı doğulmamışda milyarder övladına gün ağlasın. Biz zavallılar,özümüzü öldürürük ki, bir sınıx daxma qoyaq, onlar isə bütün islami dünyanı qoymaq istəyirlər. Burada nə baş verir? Biz əvvəlki kimi dilimiz deqradasiya uğrayır (guya ki, indi uğramır) başlayırıq ərəbləşməyə necə ki, əvvəl dilimizdə ərəb və fars dilindən tərpənməyə yer yox idi. Cümlələrdən bir türk kəlməsi tapanda sevinirdim ki, tapdım (ura  və ya yes) kimi sözlərdən birini qışqırırsan. Nə edək, bu bizik, hələ bu gündəyiksə buna çox şükür edirəm .Ay əhli millət, əgər islamiyyətə maraq duyursansa, niyə gedib quranı açıb oxumursan (bəziləri quranı ərəb dilində 4,5 dəfə oxuyur və deyir: “yes, mən yekəm, yerim cənnətdir və quran oxumuşam”. Əgər sən quranın hikmətli cümləsindən ,kəlməsindən
xəbərdar deyilsənsə, onda nə oxumusan ?! Buda sual ki, düşünəsiniz. Axı orada deməyib ki, cənnət dili ərəb dilidir. Axı orada deyilməyib ki, bir millət digərindən üstündür, vallahi deyilməyib .Ən əsasi orada deyilməyib ki, ərəb olmaq digərlərindən üstün olmaqdır. Eh, bu mövzu ilə əlaqədar sözüm çoxdur, amma deməyəcəyəm, keçirəm Üzeyir bəyin məqaləsində qabartdığı ikinci məqama.
P.S Mən bilmiyorum ki, Osmanlı Dövləti Müsəlman ola – ola neçün diyor ki, Əqəbə mənimdir, halbuki, “hər yer Allahındır!” Ehtimal Osmanlı Dövləti bizim kənçilərimizdən əqilli olduğundan bilir ki, “Allahın yeri olan Əqəbənin bu gün sabah ingilis qəsb edəcəkdir. Ona binaən o yeri qurmaq istiyor, diyor ki, Osmanlı dövləti bu yeri bərk qucaqlayıb buraxmaq istəmiyor. İngilis dəxi çox istiyor ki, Osmanlı özü getsin, lakin bu işə dürüst mütəvəcceh olunsa, görünür ki, Osmanlı dövləti ( ondan çıxmayan iş!) zərafatsız bərk durubdur.
İngilis-hərçənd mənim Osmanlı yeri olan Əqəbə üstündə Osmanlı ilə çəkişməyə heç bir həqq və səlahiyyətim yoxdu,amma sözün doğrusu mənə demir yolu üstündə Osmanlıya bərk acığım tutubdur.Çünki o yoldan məni damax qoydu ,ona görə haqq- nahaq Osmanlı ilə dartışıb küləklər açacağam.
Firəngistan(Fransa) – hərçənd mənim ingilislərdən çoxdan bəri zəhləm gedir ,amma sözün doğrusu o kişidən çox silirəm . Binaənleyih yenə ona tərəfdarlıq edib, qorxmadığım Osmanlını məzəmmət etməyə məcburam.
Russiya – mən də…mən də…
Almaniya – hərçəndi xalq diyor ki, mən Osmanlının dostuyam, amma Allah mənə lənət eləsin, əgər Osmanlının ümdə düşmən deyiləmsə!  Mənim qəsdim o kişini sümürməkdir, ingilis ilə onun çəkişməsinə qalırsa, özü bilsin, mən hər halda istədiyimi alacağam.
Osmanlı-hankı  yerimə əl atıram diyorlar ki, sənin deyil, tərpənmə! Rumıniya mənim olmadı, Serbiya Mənim olmadı, Bolqariya mənim olmadı, Bessarabiya mənim olmadı, Kirid mənim olmadı, Misir mənim olmadı, Misir mənim olmadı, Krım mənim olmadı. Mən də dedim: cəhənnəmə! Qoy mənim olmasın! İndi də diyorlar ki, Əqəbə də sənin deyil. Görürəm ki, iş böylə getsə, axırda İstanbul da mənim olmayacaqdır.

Məqalənin bu yerində, Üzeyir bəy o dövrün siyasi meydanında gedən prosesləri açıq və ən əsası sadə dildə oxuculara təqdim edib. Fikir verdinizsə, Avropa dövlətləri öz aralarında çəkişmələrə baxmayaraq Osmanlı mövzusunda ortaq nöqtəyə gələ bilirlər. Amma, bu düşmənçiliyə baxmayaraq Osmanlının öz torpaqlarında qonaq kimi qəbul etməsi hiss olunurdu. Necə deyərlər, avropalılar Osmanlının torpaqlarını Osmanlı olmadan öz aralarında bölür və osmanlıya haqq  iş kimi qəbul elətdirirdilər. Almaniya isə özünü osmanlının dost ölkə kimi özünü göstərsə də, əsl niyyəti Avropa da o cümlədə yer alan Fransa ilə İngiltərə ilə didişərək çarəsizlikdən Osmanlını oyunlarında bir alət kimi istifadə edir. Rusiya isə, o dönəm də, yəni, iyirminci əsrin əvvəllərində o dərəcədə qüvvətli olmamasından sadəcə mövqeyi yaxın olan ölkələrə məndə-məndə deməklə kifayətlənirdi.
Baxaq indiki yaşadığımız  zamana. Türkiyədə yenə hansısa milli azlıq ayırmaq istəyir və avropalılarda onlara dəstək göstərir. Rusiya 20 əsrin ortalarındakı kimi qüvvətli olmadığından bu münasibətə o dərəcədə də müdaxilə etmir.  Amma Fransa ,İngiltərə bunlara rəğmən kürdlərə dəstək verir və “orta doğu projesini cızaraq həyata keçiri”
İndiki zamanda da o dövürdəki kimi Türkiyənin zəif cəhətləri yaxşı araşdırılaraq lazımı anda həmin zəif cəhətlər öz aktivliyinə başlayır. Təkcə söhbət kürd məsələsindən gedim orada daha ciddi məqam var ki türk xalqını özünü iki yerə parçalıya bilər məsələn millətçilik və dinçilik. Muasir dövürümüzdə sizdə yaxşı şahid siz ki ya konistetusiya məhkəməsi kimisən də kimsən  müzakirəsi gedir kimlərsə “ergenokon” olayından tutulur. Mənim fikrimcə Ata Türkün avropalaşaq dedikdə Avropaya nəyin var itirərək qəbul ol dedməmişdi. Əgər Türkiyə Yaponiya kimi avropa kafasını, texnalogiyasını, elmi nəaliyyətlərini qəbul edib həzim edərək bir Türkiyə madelini yarada bilsə (necə ki Yaponiya bunu edib və dünyada iqtisadi cəhətdən yeddiliyə düşən ölkədir) onun üçün daha düzgün olar və qocalan Avropa imiqrant, böyüyən Çin iqtisadiyyatı və ordu cəhətdən təhlükəziliyi ucbatından Türkiyəyə yalvaracaq ki -ay qağa gəl mənə bənd ol. Amma bunu olması üçün Türkiyə sənaye avadanlığını özü istehsal etməlidir yəni beyin cəhətdən, kimdənsə aslı deyil kimlərisə özünə aslı etməlidir . Türkiyə unutmamalıdır ki, onun təbi qazıntıları yoxdur və o nəyisə satıb dolana bilməyəcək.Əgər o bunu edə bilməsə başlayacaq asıllıq Avropa diktəsi bu diktədən etiraz etdikdə isə maliyyə böhranı yaşayacaq ki, bu da Türkiyənin parçalanmasına səbəb olacaq. Son söz demək çətindir siyasət günü – gündən dəyişdiyindən qabağcadan nəsə demək mümkün deyil bu mövzunu ümumiləşdirərək Türkiyə və Azərbaycana bir fikiri şamil etmək istərdim ki, çalışaq ki, biz həm ideya həm siyası projelər.həm yerli məsullar v.s hət da sadalaya bilmədiklərimizi özümüzü yaradaq və quraq unutmayın ki Qonşudan gələn pay yavan olar !!

(c) Orxan Muxtarlı



Etiketlər: , , , , , ,



“Torpaq sizin deyil, torpaq Allahındır!” postunda 1 şərh var.

  1. Cox maraqli yazidi,oxunaqlidi.Cunki semim iyyetle baslayib ve bitib.ugurlar Orxan qelemine quvvet!

Fikrini bildir

XHTML: Şərhdə göstərilən teglərdən istifadə edə bilərsiz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>