Çirkli, dar paltar altında təmiz, azad dünya…

Çirkli, dar paltar altında təmiz, azad dünya…

Parklar insanları rahatlaşdırır. Düşünürsən ki, sənin hıçqırtı dolu səsin yayılacaq parkın genişliyində… Boşluqda əks-səda verib azalaraq yox olacaq. Bəlkə də insanları rahatlaşdıran parkların boş, geniş olması deyil, dünən axşam parkı tərk etmiş uşaqların səsləridir… Ağacların arasında hələ də yayılan səsləridir… O həmin səslərdir ki, sənin göz yaşılarını bir toxunuşla qurudur. O həmin səslərdir ki, hıçqırtılarını öz gülüşü ilə boğur…

Bir skamyada oturmuşam. Həmişə ürəyim sıxılanda oturduğum skamya ilə dərdləşirəm yenə… “Niyə insanlar başqalarının həyatına qarışırlar ki? Hər kəs öz taleyini yaşamalıdır, hər kəs də öz əməlinə görə özü cavab verəcək, bəs onda insanlar niyə başqalarının həyatına qarışırlar ki?” deyə düşünürəm. Skamya isə yenə də cavab vermir. Belə baxanda haqlıdır da, nə etsin ki?! Onun taleyi insanlara oturacaq olmaqdır.
Mənə elə gəlirdi ki, parkda məndən başqa heç kəs yoxdur. Ağaclığın arxasındakı skamyada bir – birinə sarılıb, yuxuya getmiş qız və oğlan vardı. Üst –başları çirkli bomjlar…
Beynimdə min fərziyyə yarandı. “Yəqin, evlidirlər, bir – birlərini hələ də sevirlər, sadəcə pulları yoxdur deyə küçə həyatı sürürlər, bəlkə də qızın ailəsi kasıb olduğundan oğlanın ailəsi bu evliliyə razı olmayıb və onlar da sevgilərinə “məğlub olub” parkda yaşayırlar. Bəlkə də əksinə…Ola bilər ki, oğlan qızı qaçırdıb və düşünüb ki, Allah ruzini harda olsa da verəcək və bura gəliblər”… Hər halda çox xoşbəxt görünürlər!
Birdən oyandılar yuxudan. Yəqin bütün bomjlar bu vaxt oyanır, bütün şəhər yatanda…
Mənə yaxınlaşırdılar. İçimdə bir qəribə hiss vardı. Yox, bu qorxu deyildi. Nə isə maraq hissinə oxşayan bir hiss idi.Amma maraq hissi də deyildi.
Yaxınlaşıb:
Oğlan: Burda neyləyirsən bu vaxt? Saat hələ 4dür. Qaçmağa gələn insanlar 6da, 7də gəlirlər.
-Heç. Ürəyim sıxıldı…
Oğlan: Uşaqsan hələ. Nə yaşın var ki, ürəyin sıxılır?
-Bilmirəm… Siz burda neyləyirsiz ki?
Oğlan: Yaşayırıq…
Beynimdə fərziyyələr artmaqda idi. Görəsən niyə burda idilər? Dayana bilmədim və soruşdum:
-Siz niyə burdasınız?
Hər ikisi gülümsədi və yanımda oturdu.
Oğlan: Biz insanlarla mübarizə aparırıq – mənim tərs-tərs baxdığımı görüb gülümsədi və yenidən sözünə davam etdi – Bəli, Don Kixot kimi görünsək də, biz mübarizə aparırıq. Biz “böyümüş” insanlardan qaçdıq və mübarizənin mümkünlüyünü göstərməyə çalışırıq.
- Necə yəni? -oğlanın sözünü kəsərək həyəcanla dedim.
Oğlan: Hər şey uşaqlıqdan başladı. O günlər elə gözəl idi ki. Uşaqlarla yığışıb qatar relsinin yanındakı bağa meyvə oğurluğuna gedərdik. O hisslər elə saf idi ki. Tut, alça yığardıq… Ağaclar sanki vermək istəmirdi meyvələrini. Əllərimiz, qollarımız kəsik-kəsik idi ağaca çıxınca. Dizlərimiz isə çoxdan qandan qabıq bağlamışdı. Biz isə sanki ümidlərimizi dərirmiş kimi mübarizə aparırdıq ağacla. Qalib gəlirdik sonda. Arada ağacın budaqlarını da qırırdıq, gələn ili düşünmədən…Ağacdan tutu yığınca üst – başımız ləkələr içində qalırdı. Əlimizi elə asanlıqla köynəyimizə silirdik ki. Dodaqlarımızda tutun ləkəsinin altından gülüşümüz görünürdü. Bəzilərimizin heç boyu çatmırdı. Gizlincə yerdən yığırdı meyvələri, günah işlətmiş kimi…Bir az da utanaraq… Köynəyimizin aşağı hissəsini bir qədər yuxarı qaldırıb, meyvələri ora yığırdıq. Birdən qatar keçirdi bağın yanından. Çətinliklə yığdığımız meyvələri elə asanlıqla qatarın arxasınca atırdıq ki. Çoxu isə yerə dağılırdı…Sanki həmin meyvələri qollarımız cızıla – cızıla yığmamışdıq, naşükürcəsinə elə atırdıq ki qatarın arxasından…
Sonra böyüdü əllərimiz, ayaqlarımız… Üstü ləkəli köynəklərimiz dar qalstuq, köynəklə əvəz olundu. Daraldı dünyamız! Sonra “OLMAZ”lar artdı. Onsuzda qəfəsdə yaşadığımız həyatda daha kiçik qəfəsə girmək lazım deyildi. Və mən evdən qaçdım…
- Böyümək o qədər pisdi ki?
Bilirsən, insanlar böyüdükcə onların arzuları kiçilir?! Uşaq ikən hüquqsünas, həkim olmaq istəyirdik. Böyüdükcə isə bir qarın çörək üçün, uşaqlar ac qalmasın deyə fəhlə olmağı belə arzulayırıq. Gözlərimiz də korlaşır. Ayaqqabımızın altındakı saqqıza yapışan manatı belə görməyəcək qədər korlaşırıq. Məsuliyətimiz o qədər artır ki.
İnsanlar “böyüdükcə” bu uşaqlıq oyunlarını yenə oynamağa başladılar. Taxta oyuncaq silahlar Kalaşnikovlarlarla əvəz olundu. Bir vaxt alça ilə qatara “hüçum edənlər” indi metro bombalayır. Uşaq ikən şar partladırdıq, indi izə Ozon qatını deşik – deşik etmişik. Dəniz kənarında qumdan evlər düzəldirdik, indi bu evlərin daha böyüyünü düzəldirik və kimlərinsə başına uçur. Belə… Sonra mən Günayla tanış oldum. O gündən biz birlikdə bunlara qarşı mübarizə aparırıq. Uşaqlıqda oynadığımız oyunlar öz saflığını itirməsin, heç kimə bir zərər verməsin deyə…
Nə deyəcəyimi bilmirdim. Söhbəti bir qədər dəyişmək istədim.
-Xanımla harda tanış olmusunuz? -qızı işarə edib dedim.
Oğlan : Xanım…-gülümsəyərək dedi. O həqiqətən də xanımdır. M.Ə-nin qızıdır. (M.Ə Azərbaycanın ən məşhur iş adamlarından biri idi həqiqətən də)
Fikirlərim çox qarışmışdı. Nə deyəcəyimi bilmirdim.
- Nnnn…ee.cəə?
Qız: Hər şey birdən baş verdi. Mən rəfiqələrimlə gəzirdim mərkəzi küçələrin birində. Təsadüfən çıxdı qabağıma, mənə toxunduğuna görə əsəbiləşmişdim də. Döngədə birdən qarşıma çıxdı. İndiyə kimi xatırlayıram aramızdakı dialoqu:
Q: Korsan? Qabağıva bax daa. Bunun üst – başına bax. Toxunma mənə çirkli əllərinlə…
O: Bağışlayın, görmədim..
Q: Məni görmədin? Sən bilirsən mən kimin qızıyam?
O: Mən gəzən pul qəfəsindən başqa heç nə görmürəm…
Q: Sarsaq! Özünü nə sayırsan?
O: Siz atanızın sizi saldığı pul qəfəsindən başqa heç nəyi görməyəcək qədər korlaşmışsınız…
-Orxanın sözləri məni sarsmışdı. Ağlayaraq qaçdım ordan. Üstündən bir – iki gün keçmişdi, gəldim Sabir parkına…Onu görmək ümidilə…Ordaydı. Sonra danışmağa başladıq. Mənə həyatını danışdı. Arzularını, uşaqlığını… O gündən mən yerimin onun yanı olduğunu anladım…

PS: İNDİ ONLAR SABİR PARKINDA YAŞAMIR. HARDA YAŞADIQLARINI ÖYRƏNMƏK İSTƏYİRSƏN?

(c) Musa Əfəndi



Etiketlər: ,



“Çirkli, dar paltar altında təmiz, azad dünya…” postunda 7 şərh var.

  1. Çox maraqlı yazmısız,Musa…əsərdə bugünkü gənc ruhu duyulur həqiqətən…
    yaradıcılınızda uğurlar diləyiylə…

  2. xoşuma gəldi oxumağa dəyər

  3. BU CUR DUSHUNEN GENCLERIN O5MASI SEVINDIRICI HALDIR. TESHEKKURLER

  4. Çox sağ olun .Dünyanın ən bəxtəvər bədbəxtlərini qələmə almısan.Təşəkkürlər

  5. çox çox maraqlıdır uğurlar

  6. T’eshekkur edirem.

  7. chox yaxshi hekayedir,amma bir az unandirici gelmedi, bu heyatda meger bele insanlar var ki ,imkani atsin gelsin kuche heyati kechirsin 2 kelme dialoga gore? eslinde dialog chox menalidir. amma indiki zemanede bele hadisenin olmagi absurt bir sheydir.

Fikrini bildir

XHTML: Şərhdə göstərilən teglərdən istifadə edə bilərsiz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>